Çılpaqkisəlilər sinfi –Hemiascomycetetes
Çılpaqkisəlilər sinfi meyvə cismi olmayan və kisələri bir-
başa mitseli üzərində tək-tək, yaxud dəstə şəklində inkişaf edən
sadə askomisetləri cəmləyir.
Bu yarımsinif 4 sıranı əhatə edir. Bir çox endomiset
göbələklərində əsil mitseli olmur, hüceyrələr tumurcuqlama və
ya (çox nadir hallarda) bölünmə yolu ilə çoxalır. Bu zaman
kisələr özünü tək-tək hüceyrələr şəklində göstərir. Həm tipik
(Dipodascaceae, Endomysetaceae fəsilələri, Saccharo-
mycetaceae və Spermophthoraceae fəsilələrindən olan
göbələklərin bir hissəsi) haplobiontlar, həm uzunmüddətli dip-
loid stadiyalı növlər (məsələn, Saccharomyces cerevisiae, Sper-
mophthora gossypii – haplo-diplobiontlar) və həm də inkişaf
tsiklində diploid stadiyanın üstünlük təşkil etdiyi bəzi
göbələklər – diplobiontlar (məsələn, Sacharomycodes)
endomisetlərə aid edilir.
Tafrinlər (Taphrinales) sırası formal olaraq,
hemiaskomisetlərə aid edilir, çünki bu sıranın
nümayəndələrində kisələr meyvə cismində deyil, mitselidə bit-
kinin kutikulu altında qalın təbəqə şəklində kisələr yaradır. An-
caq tafrinlər digər hemiaskomisetlərdən özünün inkişaf
mərhələsində dikariotik fazanın üstünlük təşkil etməsi ilə əsaslı
şəkildə fərqlənir. Bundan başqa, tafrinlərdə kisələr başqa
hemiaskomisetlərdə olduğu kimi prototunikal deyil, açılan qa-
pağa malik eutunikatdır. Buna görə də bəzi mikoloqlar,
məsələn, E.Qoyman (1964), E.Müller (1971) həmin sıranı
euaskomisetlərə aid edirlər. Yuxarıda göstərilən iki sıra ilə
yanaşı, protomisetlər (Protomycetales) və askospherlər (As-
cosphaerales) sıraları hemiaskomisetlərə aid edilir. Bu sıraların
kisəli göbələklərin birinci yarımsinifindəki vəziyyəti hələlik
aydınlaşdırılmamışdır.
Dostları ilə paylaş: |