Endomisetlər sırası – Endomycetales
Endomisetlərin əksər nümayəndələri meyvələrin səthində
və bitkinin vegetativ orqanlarında ağaclarda, çiçəklərin nek-
tarında saprotrof kimi inkişaf edir və torpaqda da geniş yay-
ılmışlar. Bu göbələklərin bəzi nümayəndələri həşaratlər
üzərində də müşahidə olunur. Bu qrupda parazitlər azdır, lakin
pambıq qozalarını (Spermophthora gossypii) bəzi papaqlı
göbələklərdə rast gəlmək mümkündür (Endomyces decpiens).
Spirt qıcqırmasını yaradan maya göbələkləri 1 litr göbələk
məhsulunda 6 qrama qədər vitamin sintez etmək qabiliyyətinə
malikdir.
Dipodasklar fəsiləsinin 3 cinsi vardır. Həcminə görə o
qədər də böyük olmayan dipodasklar fəsiləsinin təbii substrat-
larda və süni qidalı mühitlərdə yaxşı inkişaf etmiş və
şaxələnmiş mitselisi vardır ki, onun da üzərində çoxsporlu sil-
indrik kisələr yetişir.
Bu fəsilənin növləri bitkilərin oduncaqda, torpaqda,
həşaratlarda, həlqəvarı qurdlar üzərində yaşayırlar. Amma bu
qrup askomisetlərlə onların müasir ziqomisetlərə yaxın
əcdadları arasında birləşdirici həlqə rolunu oynadığı güman
edilən fakt kimi mühüm nəzəri maraq oyadır. Bu planda dipo-
daskus (Dipodascus) cinsi daha müfəssəl öyrənilmişdir.
Ağımtıl dipodaskus (Dipodascus albidus) 1892-ci ildə
bromeli fəsiləsindən olan bitkilərin selkli sonluqlarında H.La-
geheym tərəfindən kəşf edilmişdir. Sonralar bu növ Avropanın,
Asiya və Amerikanın müxtəlif bölgələrində müxtəlif ağacların
(tozağacının, vələsin, fıstığın və s.) kötüklərində tapılmışdır. Bu
göbələyin yaxşı inkişaf etmiş mitselisi olub çoxnüvəli və
çoxhüceyrəlidir. Onun üzərində əvvəlcə çoxnüvəli artrosporlar,
sonra isə ölçüsünə görə fərqlənən çoxnüvəli qametangilər
yaranır. Onlar bir-biri ilə birləşəndən sonra ziqot formalaşır ki,
ondan da kisələr əmələ gəlir.
Ask sporlarının buxarlanması passiv şəkildə baş verir.
Onlar seliklə əhatə olunur, bu an kisə dartılır və yuxarı hissədən
cırılır. Ask sporları kisədən şıxır və onun zirvəsində seliklə
yapışaraq, kürrəcik şəklini alır. Onlar 24 – 36 saatdan sonra su
damcısında və ya müvafiq substratda böyüyür.
Digər iki növdə – Kanada və ABŞ-da meyvə drozofili
dipodaskus (D.uninucleatus) və Avropada və Şimali Amerikada
qabıqyeyən qurd sürfələrində rast gələn dipodaksusda
(D.aggregatus) mitseli birnüvəli hüceyrədən ibarət olur. Burada
qametangilər də birnüvəlidir.
Beləliklə, dipodakslarda cinsi çoxalma ziqomisetlərdə
müşahidə olunan cinsi çoxalmaya çox oxşayır. Ziqomisetlərdə
olduğu kimi, burada da təkamül prosesində birnüvəli
qametangilərlə (D.uninuleatus) əvəzlənən çoxnüvəli
qametangilərin (D.albidus) birləşməsi baş verə bilər. Ancaq
çoxnüvəli dipodaskus qametangilərinin bir-biri ilə birləşməsi
zamanı karioqamiya (nüvələrin qovuşması) baş vermir, yalnız
iki nüvə bir-birinə qarışır. Burada qeyd etmək lazımdır ki, artıq
bəzi ziqomisetlərdə (Endogone cinsi) qametangioqamiya
zamanı cəmi iki nüvə bir-birinə qarışır, çoxnüvəli
qametangilərin qalan nüvələri isə degenerasiyaya uğrayır
(məhv olur). Askomisetlərin kisəsi ziqomisetlərin sporangisinə
rüşeymilə homologiya təşkil edir, vipodasklarda isə onların
bənzərliyi həm də bununla artır ki, kisədəki ask sporlarının
kəmiyyəti onlarla sayda arta bilir və başqa askomisetlərdə
olduğu qədər ciddi təsbit edilmişdir.
Dipodaksların ziqomisetlərdən əsaslı şəkildə fərqləri də
vardır. Ziqota cücərmə ərəfəsində sükunət halına keçmir, əksinə
həmin an kisəyə çevrilir. Ask sporlarının yaranması
askomisetlər üçün tipik olan üsulla (“hüceyrələrin müstəqil
yaranması” üsulu ilə) baş verir.
Dipodaks fəsiləsinin keçici səciyyəsi müəyyən dərəcədə
biokimyəvi tədqiqatlar nəticələri, o cümlədən DNT-nin ilkin
strukturunun öyrənilməsi ilə təstiqlənir.
Toplanmış dipodaskuslar bioloji baxımdan maraqlı
assosiasiya yaradır (L.R.Batra, 1959). Göbələyin iyi böcəkləri
cəlb edir, ask sporlarının yayılması böcəklər tərəfindən baş
verir. Bu növ həm qabıqyeyən qurdların sürfələrində, həm də
torpaqda tapılır. Güman edilir ki, göbələyin ask sporları qış-
lama stadiyasını torpaqda 15 aydan da artıq bir müddətdə qoru-
yub saxlaya bilir.
Əvvəldəkindən fərqli olaraq, endomisetlər fəsiləsində
(Endomycetaceae) kisədəki sporların sayı ciddi şəkildə sabitdir
– səkkiz və ya səkkizdən azdır. Bu qrupda şəkəri bol olan sub-
stratlardakı saprotroflar üstünlük təşkil edir, ayrı-ayrı növləri
göbələklərə və heyvanlara yoluxur. Bəzi endomiset göbələkləri
Asiya və Afrika ölkələrində məhsulu qıcqırtmaq üçün işlədilir,
amma ümumiyyətlə, bu qrup praktiki əhəmiyyət daşımır.
Göstərilən fəsilənin nümayəndələrində mitseli yaxşı ink-
işaf etmiş hiflərdən (Eremascus cinsi) əmələ gəlmişdir. Ere-
maskus (Eremascus) cinsindən olan göbələklərdə qametangio-
qamiya dipodasklardakı kimidir. Qametangilər özünü mitseli
hüceyrələrinin biri kimi göstərir. Onlar bir-birinə qarışır, ziqota
qametangilərdən arakəsmə ilə ayrılır və səkkizsporlu kisəyə
çevrilir. Ağacların şirəsində yaşayan maqnus endomisetində də
(Endomyces magnusii) kisələrin yaranma tipi bu cürdür, ancaq
qametangioqamiyası heteroqamdır. Bəzi endomisetlər, məsələn,
payız xoruzgöbələyinin alt qırışığına yoluxan E.decipiens və ya
tozağacı şirəsində, eləcə də torpaqda tez-tez rast gələn və
becərmədə çoxlu sayda mayayabənzər hüceyrələr yaradan yaz
endomikopsisi (Endomycopsis vernalis) apomik yolla kisə
yaradır.
Əsasən torpaqda və müxtəlif üzvi substratlarda rast gələn
Endomyces geotrichum külli miqdarda atrospor (cinsiyyətsiz
spordaşıma – Geotrichum candidum) yaradır. Onun
kisələrindən birinin tərkibində bir ask sporu olur. Bu göbələk
ayrı-ayrı bitkilərin məhsulunu zədələyə bilir, sitrus meyvələrini
və pomidoru çürüdə bilər. Onun mitselisi toxumalara intensiv
şəkildə nüfuz edir və 5 gündən sonra külli miqdarda artrospor,
bəzən isə ask sporlu kisələr yaradır.
Cində yayılmış L indner endomiseti (Endomyces lind-
neri) saxarozu (bitkilərin tərkibindəki şəkəri) və bir çox
monosaxaridləri qıcqırdır, ziqotası heç də həmişə həmin an kisə
yaratmır, bəzən isə qısa, hətta şaxələnən hif verir ki, bunun da
əsasında kisələr meydana gəlir. Hif öz funksiyasına görə ən
yüksək askomisetlərin askogen hiflərini xatırladır, ancaq
onlardan fərqli olaraq, dikarionlara deyil, diploid nüvələrə
malik olur.
Ziqotdan yaranan kisələrin sayının artması
endomisetlərdə başqa yollarla da baş verə bilər. Beləliklə,
endomisetlər fəsiləsi özünü bir tərəfdən dipodakslardan ən
yüksək askomisetlərə keçid qrupu kimi, digər tərəfdən tək-tək
vegetativ hüceyrələrdən ibarət ayrıca bir göbələklər qrupuna
(kisəli mayalara) keçid qrupu kimi göstərir.
Dostları ilə paylaş: