Gymnoascaceae fəsiləsi
Bu kiçik fəsilə olub, nümayəndələri torpaqda, bitki qa-
bıqları üzərində və ölmüş heyvan qalıqları üzərində saprofit
həyat tərzi keçirirlər. Bu fəsilənin ən geniş yayılmış cinsi Gym-
noascusdur. Bu cinsin nümayəndələri torpaqda və peyində
yaşayırlar. Bu cinsin ən geniş yayılan növü G.reessiidir. Yaxşı
inkişaf etmiş mitselisi və meyvə cismi vardır.
İkinci geniş yayılmış cins Myxotrichumdur. Bu cinsin
nümayəndələri torpaqda və kağızda həyat keçirirlər.
Kleystotetsiləri xırdadır və içərisində kisələr nizamsız
yerləşirlər. Myxotrichum cinsinin nümayəndələrində kleysto-
tetsi çox xırda olur. Bu fəsilənin geniş yayılmış cinslərindən
biri də Aspergillusdur. Bu cinsin nümayəndələrində konidi-
daşıyanlar budaqlanmır. Onun uc hissəsi şişir və qovuq əmələ
gətirir. Qovuq üzərindəki steriqmalar üzərində bazipetal konidi
zənciri əmələ gəlir. Konidilər yaşıl rəngdədir. Penicillium cin-
sinin nümayəndələrində konididaşıyanlar çoxhüceyrəli olub, uc
hissəsi 2-3 dəfə budaqlanır və əl ayasını xatırladır. Budaqların
uc hüceyrələri steriqmalar əmələ gətirir. Onların üzərində isə
bazipetal konidi zənciri əmələ gəlir. 1 qram torpaqda 1000-dən
çox Penicillium və Aspergillus növləri yaşayırlar. Bu göbələk
növləri üzvi qalıqların parçalanmasını sürətləndirir. Bəzi növlər
heyvanların tənəffüs yollarında xoşagəlməz xəstəliklər törədir.
Dostları ilə paylaş: |