dövründə və kleystotetsini yuxarıya qaldırır. O, belə vəziyyətdə
külək vasitəsilə asanlıqla yayılır. Yeni substrat üzərinə düşən
kleystotetsi nazik sapşəkilli əlavə çıxıntılardan ifraz olunan
selikli substrata yapışır.
Külləmə göbələkləri monofaq olub parazit halda
yaşamaq qabiliyyətinə malikdirlər. Dar ixtisaslaşmış
formalarda biotiplər və irqlər nəzərə çarpır. Müəyyən bir
göbələyə ancaq bir növ, hətta sort üzərində də təsadüf edilir. Bu
göbələklər isti və quraqlıq keçən yay mövsümündə daha geniş
yayılır. Aparılan tədqiqatlar göstərir ki, quru və güclü işıq dü-
şən yerlərdə göbələyin konidiləri yaxşı yetişir və inkişaf edir.
Onlar təbii şəraitdə mülayim iqlimli ölkələrin quraqlıq keçən
rayonlarında, xüsusilə aran və dağ zonalarında geniş yayılaraq
bir çox yabanı və mədəni bitkilər üzərində parazitlik edirlər.
Məsələn: qızılgüldə, xiyar və qovunda, üzümdə, fındıqda, taxıl
bitkilərində parazit halda yaşayırlar.
Dostları ilə paylaş: