Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə176/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   244
 

Diaporales sırası 

Bu sırada da meyvə cismi peritetsidir. Peritetsi sahib bit-

kinin toxumaları arasında incə kanallar əmələ  gətirir. Peritetsi 

 

  qonur, əksərən qara rəngdədir. Kisələrin ön hissəsi qalınlaşmış 



və qaralmış olur. Sıranın  ən geniş yayılmış  fəsilələri Gnomo-

niaceae, Diaporthaceae və Valsaceaedır. 

Gnomoniaceae fəsiləsinin nümayəndələri gilas, gilənar və 

ərik bitkiləri üzərində antraknoz xəstəliyini törədirlər. Bu 

xəstəlik bitkilərin vegetativ orqanları üzərində sarı  rəngli iri 

ləkələr  əmələ  gətirir. Xəstə yarpaqlar qonurlaşır, burulur, qu-

ruyur və tökülür. Göbələyin bu inkişaf dövrü konidilərlə keçir. 

Vegetasiyanın sonunda piknidi əmələ  gəlir. Bu dövr Septori-

yadır. Bu göbələk növündə peritetsi payızın sonunda əmələ 

gəlir. 


Diaporthaceae fəsiləsinin peritetsisi diatripoid tiplidir. 

Fəsilənin əsas cinsi Diaporthe cinsidir. Bu cinsin konidi dövrü 

Phomopsisdir. Cinsin D.perficiosa növü meyvə bitkilərinin bu-

daqlarını qurudur. Valsaceae fəsiləsinin ən geniş yayılmış cinsi 

Valsadır. Bu cinsin 400-dən çox nümayəndələri vardır. Bunlar 

ərik, gavalı, gilas və gilənar bitkilərini qurudurlar. 

 

      



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin