Şəkil 39. Sordaria fumicola: 1 – peritetsinin ümumi görünüşü;
2 – peritetsinin boylama kəsiyi; 3 – askosporları olan kisə;
4 – qalın selikli pərdəsi olan spora; 5 – peritetsidən askos-
porların xaric olunması.
O, nazik pərdə şəklində örtüklə əhatə olunmuşdur, mitseli
üzərində qonur rəngli yığın əmələ gətirir. Sordariyanın tünd
rəngli kisə sporları seliklə örtülmüşdür. Cinsin ən geniş yayılmış
növü S.fimicoladır. Bu növdə çoxalma konidilərlə deyil, yalnız
kisə sporları vasitəsilə gedir. Kisə sporları selikli olduqlarına
görə ot bitkilərinə yapışır, heyvanların həzm sisteminə düşür və
peyin üzərində inkişaf etməyə başlayır.
Çovdar mahmızı və ya klavisepslər sırası – Clavicipitales
Sıranın nümayəndələrində peritetsi normal inkişaf etmiş
stromada əmələ gəlir. Stroma isə yalnız göbələk hiflərindən
yaranır, açıq və ya tünd rənglidir. Yastıqcıq, sancaq, başcıq və
s. şəklində olur. Peritetsi sahib bitkinin xəstə orqanı üzərində
əmələ gəlir.
Peritetsi nazik və ətlidir, onda parafizlər əvvəlcə inkişaf
edir, sonra isə yox olur. Ağ və ya açıq, bəzən də tünd rəngli
olur. Klavisepslər kisə və sporlarının quruluşuna görə hipok-
realardan fərqlənir. Yuxarı hissəsi nisbətən qalın olan uzun sil-
indrik kisələri vardır.
Askosporlar həmişə sapşəkilli olub çoxlu miqdarda eninə
arakəsmələrə malikdir. Bir sıra nümayəndələrdə askosporlar
kisədən xaric olunduqdan sonra hər biri müstəqil inkişaf edən
hüceyrələrə bölünür.
Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur.
Onların hamısı homotallikdir. Askoqonları çoxnüvəli və
trixogensizdir. Askoqon əmələ gələn hif üzərində qonşuluqda
çoxnüvəli anteridi formalaşır. Plazmoqamiya prosesindən sonra
askogen hiflər və onların üzərində də içərisində 8 ədəd as-
kospor yerləşən kisə əmələ gəlir. Eyni zamanda nazik peridi
yaranır ki, bu da peritetsini stroma toxumasından ayırır.
Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalma da
müşahidə olunur.
Çovdar mahmızı sırasının mühüm praktiki əhəmiyyət
kəsb edən nümayəndələrindən biri də çovdar mahmızı
(Claviceps purpurea) göbələyidir. O, müxtəlif taxıl bitkiləri,
xüsusən çovdar sünbüllərində parazit həyat tərzi keçirir, bit-
kinin çiçək yatağında inkişaf edərək mitseli, konididaşıyıcılar
və şəffaf təkhüceyrəli konidilər əmələ gətirir. Onun bu dövrü
sfaseliya adlanır. Bitkinin yoluxmuş hissəsindən həşəratları
özünə cəlb edən şirin şirə ifraz olunur ki, nəticədə konidilər
həşərat vasitəsilə sağlam bitkilərə keçərək xəstəliyi yayır.
Konidilər inkişaf edən zaman mitseli yığılaraq yumurtalığın alt
hissəsində tünd-bənövşəyi rəngli mahmıza bənzər sklerotsilər
əmələ gəlir. Onlar yetişdikcə torpağa tökülüb orada qışlayır və
ikinci ilin yazında inkişaf edərək iki hissədən: 20 – 30 ədəd
uzun ayaqcıq və yumru qırmızımtıl başdan ibarət stromalar
əmələ gətirir. Başın səthində kiçik məsaməli, ellipsvarı boşluğa
malik çoxlu sayda peritetsi yerləşir. Onun 8 ədəd telşəkilli as-
kosporu olan uzunsov kisələri vardır. Parafizlər yoxdur. Kisələr
yetişdikdə məsamədən xaricə çıxır, sporlar külək vasitəsilə
çiçəkləyən taxıl bitkilərinə gətirilir və yenidən burada inkişaf
edirlər. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır.
O, bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı
azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən
tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür,
qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir.
Buğdaya qarışmış sklerotsilər unun tərkibinə keçdikdə güclü
zəhərlənmə baş verir (şəkil 40).
Dostları ilə paylaş: |