Şəkil 44. Peziza badia: 1 – apotetsi, 2 – himeninin uzununa
en kəsiyi (askosporları və parafizləri olan kisə).
Pezizalar əksərən saprofitdirlər, lakin bitkilər üzərində
parazit yaşayan nümayəndələrinə rast gəlinir. Pezizalar əsasən
humuslu torpaqlarda, ağac kötükləri və ya peyində yaşayırlar.
Rütubətsevən orqanizmlər olduqlarına görə yazda və payızda
daha çox inkişaf edirlər.
Sıranın geniş cinslərindən biri adi quzuqarnı göbələyidir.
Böyükdür, 6 – 10 sm hündürlüyə malikdir. Ətlidir, ayaqcıq və
papaqcıq bir birindən seçilir. Papaqcıq oval şəkilli olub, quzu
qarnının qatlarını xatırladır. Göbələyin adı buradan
götürülmüşdür. Papağın kənarı ayaqcığa birləşir. Kisə sporları
papaqdan tədricən xaric olunur. Quzuqarnı göbələyinin yeməli
nümayəndələrinə M.esculentanı misal göstərmək olar. Bu
göbələk yazda və payızda isti yağışlardan sonra meşələrdə
küllü miqdarda yayılır (şəkil 45).
|