Şəkil 43. Monilia fructigena: 1 – yoluxmuş alma meyvəsi; 2
– konidial mərhələ; 3 – apotetsidə sklerotsinin cücərməsi.
Azərbaycanın Şəki, Zakatala, Quba, Ordubad və digər
rayonlarında moniliya geniş yayılmlşdır və məhsula böyük
ziyan vurur.
Helotialar sırasının ikinci geniş yayılmış cinsi
sklerotiniyadır. Ona müxtəlif meyvə və tərəvəz bitkilərində
təsadüf olunur. Göbələk bitkilərin vegetativ orqanları və
anbarda saxlanılan meyvə-tərəvəz üzərində yerləşərək ağ
mitseli yığını əmələ gətirir ki, burada sklerotsi inkişaf edir.
Konidilərlə çoxalma məlum deyildir. Yazda sklerotsidən
apotretsi formalaşır. Göbələk təsirindən toxuma yumşalır və
dağılır. Belə meyvə-tərəvəz istifadə üçün yararsızdır.
Botryotinia fuckeliana bitkilər, habelə anbarda saxlanılan
meyvə-tərəvəz üzərində boz yığın əmələ gətirir ki, bu da
göbələyin konidi (Botrytis) dövrü adlanır. Sklerotsilər mitseli
üzərində yetişir.
Dostları ilə paylaş: |