Şəkil 40. Claviceps purpurea: 1 – çovdar sünbülü üzərində skle-
rotsilər; 2 – sklerotsi; 3 – peritetsinin boylama kəsiyi; 4 –
stromada olan peritetsilər; 5 – kisə, as; 6 – konidial mərhələ.
Sıranın böyük bir qrupu buğumayaqlılar (həşəratlar və
hörümçəklər) üzərində parazit halda yaşayır. Ən geniş yayılmış
cinsi kordisepsdir. Cinsin növləri stroma sıx birləşmiş mitseli
kütləsindən ibarətdir. Stroma müxtəlif ölçü və quruluşda olur.
Hipokrealar sırası – Hipocreales
Hipokrealar sırasının 100-dən artıq növü vardır. Bu sıra
üçün xarakterik xüsüsiyyət yumşaq ətli peritetsinin olmasıdır.
Hipokreaların peritetsilərinin peridiləri yaxşı inkişaf etmişdir və
onlarda parafizlər əmələ gəlir. Əsil parafizləri yoxdur.
Peritetsidə əsil parafizi əvəz edən apikal parafiz hifə oxşayır.
Silindrik va ya sancaqvarı kisələr peritetsinin dibindən xaric
olunur. Peritetsilər substrat üzərində tək və ya qrup halında
əmələ gəlir. Sıranın nümayəndələri bitkilər, göbələklər və
həşəratlar üzərində saprofit halda yaşayırlar.
Hipokreaların halonektriya cinsinin növlərinə yosunlar və
su bitkilərinin gövdəsi üzərində də rast gəlinir.
Sıranın bəzi nümayəndələri selikli göbələklər və şibyələr
üzərində parazitlik edir. Onlardan ağac bitkilərində xəstəlik
törədən Nectria və taxıllarda parazitlik edən Gibberella ən
təhlükəli cinslər sayilir.
Nektriya cinsinin peritetsiləri substrat üzərində ayrı-ayrı
və ya qrup halında əmələ gəlir. Cinsin ən geniş yayılmış
nümayəndəsi N.ginnbarinadır. O, qurumuş kol və ağac
bitkilərinin budaqları üzərində saprofit, bəzən də parazit
halında yaşayır. Göbələk mitseliləri sahib bitkinin qabığına
daxil olur və oduncaq üzərində qışlayır. Yazda göbələk konidi
əmələ gətirir, bu dövr tuberkullariya (Tubercullaria vulqaris)
adlanır. Zəif budaqlanmış konididaşıyıcılar üzərində çəhrayı
rəngli kiçik yastıqcıqlar inkişaf edir. Bitkinin vegetasiya
dövründə göbələk konidilərlə çoxalıb bir damla su vasitəsilə
yayılır.
Yayın sonu və payızın əvvəlində stromanın kənarında 30-
a qədər tünd-qırmızı rəngli göbələk peritetsisi əmələ gəlir. Bu
göbələk cavan budaqları məhv edir. Kisə sporları peritetsidən
erkən yazda xaric olunur. Sıranın mühüm növlərindən meyvə
ağaclarında xərçəng xəstəliyi N.galligenanı misal göstərmək
olar (şəkil 41).
Dostları ilə paylaş: |