Microascales sırası
Bu sıra xırda sıra olub, nümayəndələri azdır. Sıra xırda
peritetsisi ilə xarakterizə olunur. Meyvə cismi və kisələr
seliklidirlər. Kisələrdə çox sayda kisə sporları vardır. Bunların
bitkilər üzərində parazit yaşayan nümayəndələri ən təhlükəli
göbələklərdir. Bu sıra Microascaceae və Ophiostomataceae
fəsilələrini cəmləyir. Microascaceae fəsiləsinin
nümayəndələrində, peritetsidə çıxıntılar gödək olurlar.
Peritetsilər armudu xatırladır. Bu nümayəndələrin
əksəriyyətində konidi dövrü məlumdur. Bu fəsilənin ən geniş
yayılmış cinslərindən biri Microascus cinsidir. Bu cinsin
nümayəndələri bitkilər üzərində parazit yaşıyırlar. Lakin
bunların torpaqda bitki və heyvan qalıqları üzərində yaşayan
nümayəndələri vardır.
Ofiostomataceae fəsiləsinə bəzi mikoloqlar sıra kimi baxır-
lar bu fəsilənin nümayəndələrində meyvə cisminin (peritetsinin)
boğazı uzun olur (şəkil 37). Peritetsilər mitseli üzərində qrup
halında otururlar. Fəsilənin ən geniş yayılmış cinsi Ceratocystis-
dir. Bu cinsin nümayəndələri saprotrof və parazit yaşayırlar. Ən
geniş yayılmış növü C.ulmidir. Bu növ hollad xəstəliyini törədir.
Əsasən Avropa və Amerikada geniş yayılıb. Xəstəlik təsirindən
yarpaqlar saralır və bitki üzərində uzun müddət qala bilir. Bu
göbələk növünə bitkinin yarpaqlarından başqa kökündə də rast
gəlmək olur. Bu cinsin konidi dövrü də məlumdur və Graphium-
dur. Konidilər kök üzərində geniş yayılmışdır. Vegetasiya
dövrünün sonunda isə peritetsi əmələ gəlir. Bu cinsin
C.fagacearum növü isə palıd bitkisi üzərində parazit yaşayır. Bu
göbələk təsirindən palıd bitkisi məhv ola bilir. Cinsin konidi
dövrü Chalara quercinadır.
Dostları ilə paylaş: |