Erisifales sırası – Erysiphales
Kisələr meyvə cismi içərisində paralel və qrup halında
düzülürlər. Bunlar meyvə cisminin dibi ilə birləşirlər. Bü-
tövlükdə sıranın nümayəndələri biotrof yaşayırlar. Sıranın geniş
yayılmış nümayəndələrindən biri Sphaerotheca morsdur. Bu
göbələk növü qarağat bitkisində biotrof yaşayır. Bu növ qarağat
bitkisinin vegetativ orqanları üzərində ağımtıl mitseli yığını
əmələ gətirir. Onlardan sahib bitkinin hüceyrəsinə daxil olan
əmzik və ya haustorilər uzanır. Haustorilər nazik çıxıntı
şəklində inkişaf edərkən epidermis hüceyrələrini yumşaldır.
Huceyrə divarını deşərək onun daxilinə keçən əmziklərin ucu
şar şəklini alır. Onlar göbələyin qidalanma orqanı sayılır.
Mitselilər üzərində şauquli istiqamətdə uzanan konididaşıy-
ıcılar, onların uclarında isə bazipetal, rəngsiz, ovalşəkilli konidi
zəncirləri inkişaf edir. Konidilər bitki üzərində kül örtüyünə
bənzər ləkələr əmələ gətirdiyi üçün bu xəstəliyə kelləmə,
xəstəliyi törədən göbələklərə isə külləmə göbələkləri deyilir.
Yeni bitki üzərinə köçürülmüş konidilər müxtəlif yollarla ink-
işaf edir, yuxarıda qeyd olunan qayda üzrə mitseli və konidi
əmələ gətirirlər. Beləliklə, göbələk yay mövsümündə sürətlə
çoxalır. Payıza doğru getdikdə mitselilər üzərində
kleystotetsilər inkişaf edir. Onlar yetişərkən eyni mitseli
üzərində qısa çıxıntı şəklində cinsiyyət orqanları formalaşır. Bir
ədəd təknüvəli askoqondan ibarət dişi cinsiyyət orqanı yerləşir.
Onun yuxarı hissəsi anteridi funksiyasını daşıyır, möhtəviyyatı
isə mayalanma zamanı yaranmış məsamədən askoqona boşalır.
Lakin cinsi nüvələr birləşmir. Mayalanmış askoqon çoxnüvəli
torba şəklində inkişaf etdikdən sonra hüceyrələrə bölünür.
Hüceyrələrdən biri ikinüvəli /dikarion/ olur və inkişaf edərək
kisə əmələ gətirir. Bu zaman nüvələr birləşir, reduksion
bölünmə gedir. Cinsiyyət orqanları və kisə ilə yanaşı, onları
əhatə edən mitseli hifləri də inkişaf edərək kutinləşmiş
hüceyrələrdən ibarət tünd rəngli psevdoparenximatik örtük
əmələ gətirir. Örtüyün bəzi hüceyrələrindən tünd qonur rəngli
əlavə çıxıntılar uzanır və başqa mitselilərlə birləşərək bitki
üzərində kleystotetsilərdən ibarət qonur örtük törədir.
Kleystotetsi yarandıqda göbələk mitseliləri qonur rəng alır
və zədələnmiş hissədə keçəyəbənzər örtük əmələ gətirir. Kley-
stotetsi göbələyin qışlama orqanı funksiyasını yerinə yetirir,
ikinci ilin yazında inkişaf edir. Bu dövrdə onun daxilində
təzyiqin artması nəticəsində kleystotetsi örtüyü çatlayır, kisə
sporları xaricə çıxır və inkiçaf edərək yenidən mitseli verir
(şəkil 35).
Külləmə göbələklərinin digər nümayəndələri də yuxarıda
qeyd olunan kimi inkişaf edir. Yalnız Fillaktiniya cinsində
epidermis üzərində mitseli və haustoriyə təsadüf edilmir.
Göbələk bitki ağızcığından onun daxilinə keçərək hüceyrəarası
məsamələrdə haustorilər əmələ gətirir.
Külləmə göbələklərinin konidilərlə çoxalması bütün
növlərdə yuxarıda göstərilən qaydada gedir bə Oidium
(Oidium) adlanır. Onların kleystotetsiləri isə bir-birindən
fərqlənir. Əksər nümayəndələrdə kisələr çoxlu miqdarda olur.
Kleystotetsilər əsasən əlavə çıxıntılarının quruluşuna görə bir-
birindən fərqlənir. Məsələn, Erizife (Erisiphe) və Sferotekada
(Sphaerotheca) bu çıxıntılar adi mitselilərə daha çox oxşayır.
Lakin nümayəndələr də xüsusi quruluşa malikdirlər. Məsələn,
Unsinulada (Uncinula) onların ucu qarmaqvarı burulur, mikros-
ferada (Microsphera) yaba kimi budaqlanaraq maral buynuzuna
bənzər şəkil alır. Fillaktiniyada (Phyllactinia) iki növ əlavə çıx-
ıntılar mövcuddur: birincisi – nazik budaqlanan sap şəklində
olub kleystotetsinin təpəsində yerləşərək qaidəsi genişlənmiş iti
uclu çıxıntı əmələ gətirir.
Göbələklərdəki
əlavə
çıxıntılar müxtəlif bioloji
əhəmiyyətə malikdir. Sferoteka və erizife cinslərində onlar
mitselilərə ilişərək kleystotetsini yetişənə qədər substrat
üzərində saxlayir. Çıxıntılar Unsinula cinsində də eyni funksi-
yanı daşıyır. Göbələk çıxıntəların ucundan ifraz olunan selik
vasitəsilə substrata yapışaraq yetişənə kimi orada qalır. Eyni
zamanda kleystotetsilər bir-birinə ilişərək külək vasitəsilə
asanlıqla yayılır (şəkil 36).
Dostları ilə paylaş: |