toplanır. Stroması olmadığına görə əvvəlki növdən fərqlənir.
(şəkil 42).
yılmış nümayəndəsi G.fucikurondur. Göbələk isti və rütubətli
kökü, gövdəsi və toxumu üzərində parazitlik edir. Bu göbələyin
konidi dövrü fuzarium moniliform (Fusarium moniliform) ad-
lanır. Göbələyin aypara şəkilli mikro- və makrokonidiləri sub-
strat üzırində toz yığını əmələ gətirir. Makrokonidilərdə 7-yə
qədər arakəsmə olur. Peritetsilər qurumuş budaqlar üzərində
əmələ gəlir. Giberellalar əsasən, taxıllar fəsiləsinə aid bitkilər
üzərində parazit halda yaşayır. Onlar Asiya ölkələrində taxıl-
ların ən təhlükəli xəstəliktörədicisi sayılır. Bəzən göbələk yar-
paq üzərində sürətlə yayılıb bitkini tamamilə məhv edir. Gib-
berella, buğda toxumasına daxil olur və zəhərlənmə verir, odur
ki, onu “sərxoş çörək” də adlandırırlar. Buğda sünbülü üzərində
göbələyin bu dövrünə F.graminearum deyilir. Taxıl yığıldıqdan
sonra stroma üzərində göyümtül-qara rəngli peritetsi əmələ
gəlir.
Sıranın geniş yayılmış cinslərindən biri də hipokreadır
(Hipocrea). O, qurumuş bitkilərin gövdəsi üzərində yaşayır.
Ətli stromaları yastıqvarı və ya yarımdairəvidir. Peritetsilər
stromanın periferiyasında tək halda yerləşir. Bu göbələyin
konidi dövrü Trichoderma adlanır. Trixoderma əsasən torpaqda
və bitki qalıqları üzərində yaşayır.
Sıranın əksər nümayəndələri çiçəkli bitkilər, göbələklər
və buğumayaqlılar üzərində parazitlik edir, az bir qismi isə
torpaqda və ağac gövdələri üzərində saprofit halda yaşayır.
Çoxillik taxıl bitkilərində geniş yayılmış xəstəliklərdən
biri də Epihloe göbələyinin törətdiyi tifilozdur (örtük – üskük).
Göbələk gövdə üzərində özünəməxsus örtük əmələ gətirir.
Örtük üzərində təkhüceyrəli kiçik konidilər inkişaf edir. İyul-
avqust aylarında konidilər çoxalaraq qalınlaşır və narıncı rəng
alır. Daha sonra çoxlu sayda peritetsilər əmələ gəlir. Parazit
mitselisi sahib bitkinin hüceyrələri arasında diffuz vəziyyətdə
yayılırlar.
Dostları ilə paylaş: