unurlar. Bu cəhətdən yalnız donbalan göbələkləri müstəsnalıq
ya iri məsamələrdən xaric olunmasıdır. Meyvə cisimləri kiçik
bitkilərin ağ çürüməsi (sklerotinia sklerotsiarum) və boz
çürüməsini (botriotinia fukeliana) misal göstərmək olar.
Monilinia fructigena əsasən yetişən meyvələri yoluxdurur.
Xəstəlik həşəratlar vasitəsilə yayılır. Müxtəlif səbəblər
nəticəsində qabığı zədələnmiş meyvələr daha tez yoluxur. Zə-
dələnmiş hissə üzərinə düşən konidilər inkişaf edərək meyvənin
ətli hissəsinə daxil olur. Parazitin təsirindən meyvə yumşalır və
qonur rəng alır. Göbələyin konidiləri xəstə meyvələr üzərində
inkişaf edir. Bu halda sıx dairələr şəklində düzülmüş boz
yastıqcıqlar əmələ gəlir. Xəstəliyə tutulmuş meyvələr çox vaxt
tökülür, bəzi hallarda isə ağacda qalır. Meyvə monilinası
zamanı qısa konididaşıyıcıları və ovalşəkilli konidilər
zəncirindən ibarət yastıcıq əmələ gəlir. Xəstəliyin konidilərlə
çoxalma dövrü monilia adlanır. Göbələk tökülmüş meyvələr
üzərində inkişafını davam etdirir. Yayın sonunda xəstə
meyvələrin səthi sklerotsilərin inkişafı nəticəsində göyümtül-
qara rəng alır. Onlara mumlaşmış meyvələr də deyilir.
Sklerotsilər qışlayaraq yazda inkişaf edib konidi yastıqcıqlarını
əmələ gətirir. Bu növdə apotetsiyə çox nadir hallarda rast
gəlinir. Göbələyin apotetsi yaranma dövrü Monilia adlanır
(şəkil 43)
Dostları ilə paylaş: