Fatsidilər sırası – Phacidiales
Fatsidilərdə apotetsi substrat üzərində və ya stromada
əmələ gələrək uzun müddət mitseli yığını ilə örtülür.
Apotetsilər kürəvi və ya xətvarı quruluşa malikdir, yetişdikdən
sonra tamamilə açılır. Sıranın nümayəndələrinə bitki qalıqları
üzərində saprofit və ali bitkilər üzərində parazit halında rast
gəlinir.
Sıranın təcrübi əhəmiyyətli nümayəndələrindən olan
Ritizma ağcaqayının müxtəlif növlərinin yarpağı üzərində
parlaq qara ləkə əmələ gətirir. Bu ləkə göbələyin sklerotsili
stromasından ibarətdir. Yarpaqlar töküldükdən sonra stromada
radial düzülmüş xətvarı apotetsi yaranır. Onun açılan yarıq
hissəsindən sap şəkilli kisə sporları xaricə çıxır. Bitkilər bu
sporlar vasitəsilə xəstəliyə yoluxurlar.
|