Sferialar sırası – Sphaeriales
Sferialar sırasının xarakerik xüsusiyyəti qədəhvarı
peritetsinin olmasıdır. Peritetsi pərdə və dəri şəkilli, bərk örtüyə
malikdir. Peritetsidə sancaqvarı və ya silindrik kisələr vardır.
Meyvə cismi tək halda mitseli üzərində və ya stromada əmələ
gəlir. Kisəli göbələklərə xas olan qametangioqamiya tipli cinsin
çoxalması bu sırada da aydın təzahür edir.
Sıranın əksər nümayəndələrində kisə sporları fəal xaric
olunur. Onlar meyvə cisminin dar məsaməsi vasitəsilə xaricə
çıxırlar. Xetomium (Chaetomium) sıranın ən sadə cinsi sayılır
(şəkil 38).
Dostları ilə paylaş: |