Şəkil 37. Ophiostoma ulmi: a – peritetsi; b – askosporlar;
v – cücərən askospor.
Şəkil 38. Chaetomium: peritetsilər.
Cinsin nümayəndələrinə torpaqda, bitki qaliqları, habelə
tərkibində sellüloza olan materiallar üzərində təsadüf olunur.
Cinsin bütün nümayəndələrinin sellülozanı parçalamaq
qabiliyyəti vardır, peritetsiləri tükcüklərlə örtülmüşdür.
Kisələrinin qılafı tez əriyir, yetişmiş peritetsi içərisində seliklə
örtülü külli miqdarda kisə sporları yerləşir. Odur ki, kisə
sporları peritetsilərdən selikli sapcıqların köməyilə xaric olu-
nur.
Sıranın növbəti cinsi Sordariyadır /Sordaria/ (şəkil 39).
|