Protomisetales sırası – Protomycetales
Bu sıranın hara aid olması bu gün də mübahisəli qalır. Bir
qrup mikoloqlar bu sıranı Zyqomysetlərə, başqa qrup
mikoloqlar isə kisəli göbələklərə aid edirlər. Bu sıranın nü-
mayəndələri çiçəkli bitkilər üzərində parazit yaşayan 20 növü
cəmləyir. Mitseliləri çoxhüceyrəli və çoxnüvəlidir. Sıranın
bütün nümayəndələrində çoxnüvəli xlamidosporlar mövcuddur.
Bu sıranın ən geniş yayılmış cinsi Protomycesdir. Bu cins
15 növü cəmləyir. P.macrosporium növü yarpaqlar üzərində
şişlər əmələ gətirirlər. Bu cinsin P.pachydermus növü bitkilərin
gövdə və budaqlarında parazit həyat keçirir. Bu növün
xlamidosporları başqa növlərdən fərqli olaraq sakitlik dövrü
keçirmədən inkişaf edirlər. Bu göbələyin sporları inkişaf edib
gödək mitselilər əmələ gətirirlər. Mitselilərin nəhayətindəki
hüceyrələr bir-birilə birləşir və sonra bitkilərə keçib onları bu
xəstəliklərə yoluxdurur. Bir sözlə, xəstəlik mitselilər vasitəsi ilə
yayılır.
Dostları ilə paylaş: |