Şəkil 33. Taphrina. İnkişaf tsikli: 1 – askosporun tumurcuqlan-
ması; 2 – dikarionlaşma; 3 – dikariotik mitseli; 4 – dikarion
nüvənin qovuşması;, 5 – diploid nüvənin bölünməsi; 6,7 –
kisənin inkişafı; 8 – kisənin qatı.
Tafrina göbələklərin morfoloji əlamətləri kasaddır.
Onların sistematikası üçün kisələrin, bazal hüceyrələrin ask
sporlarının ölçüsü, sonuncuların kisədəki sayı, kisələrin və
bazal hüceyrələrin forması əsas götürülür. Tafrina göbələklərin
ən səciyyəvi növ əlamətləri onların bitkilərdə yaratdığı
simptomlar sayılır. Belə yoluxmalar kifayət qədər dərin ola
bilər ki, bu da orqanizmlərin normal inkişafının pozulmasına və
bitkilərdə müxtəlif eybəcərliklərin meydana gəlməsinə gətirib
çıxarır.
Müəyyənləşdirilmişdir ki, yoluxmuş bitkilərdə
deformasiyaların meydana gəlməsi tafrina göbələklərin
hormonal aktiv maddələr, həmçinin bitkilərin özləri tərəfindən
fitohormonların sintezinin gücləndirilməsinə səbəb olan
maddələrin buraxılması ilə bağlıdır. Tafrina göbələkləri
fitohormanlar ß-indoli sirkə turşusu sintez edir.
Dostları ilə paylaş: |