Spermoftorlular fəsiləsi – Spermophthoraceae
Spermoftorlular fəsiləsi əsil mitseli əmələ gətirən cinsləri
(Nemato- spora, Eremothecium, Spermophthora) və tu-
murcuqlanan hüceyrə cinslərini (Metschnikowia) özündə bir-
ləşdirir. Bu fəsilə üçün kisələrdə yaranan 1-dən 32-yə qədər
uzunsov, milşəkilli, çox vaxt iti uclu ask sporlarının olması
səciyyəvidir. Bu qrupdan olan göbələklər əsas etibarilə bitki
parazitləri, stiqmatomikoz törədiciləridir. İnfeksiya həşaratlar
tərəfindən yayılır və göbələklər onların bitkidə açdığı dəlikdən
daxil olur.
Bu qrupdan olan növlərin əksəriyyəti isti iqlimli
rayonlarda, daha çox subtropik ərazilərdə yaşayır. Onlardan
bəziləri mədəni bitkilərdə xəstəliklərin törədicisi kimi praktik
əhəmiyyət daşıyır (məsələn, meşələrdəki fındıq ağacının çü-
rüməsinə səbəb olur). V2 vitaminin (riboflavinin) fövqəlsintetik
Eşbi eremotesium həmin vitaminin sənayedə alınması üçün
istifadə edilir.
Bu göbələk pambıq qozalarında parazitlik edir. Sper-
mophthora gossipi haploid və diploid nəsillər verir. Bu
göbələklərdə inkişaf tsiklində az məlum olan nəsil növbələşməsi
gedir. Bu nəsil növbələşməsinə bütün ali göbələklərdə
(askomisetlərdə və bazidiomisetlərdə) rast gəlinmir və bu yalnız
xitridilər sırasından xitridiomisetlərdə (Physoderma) və
blastikladilər sırasında (Blastocladiella və Allomyces) məlumdur.
Göbələyin haploid mitselisində arakəsmələr yoxdur və ya
azsaylı arakəsmələr onu iri çoxnüvəli hüceyrələrə ayırır. Bu
mitseli tumurcuqlanan hüceyrələr yarada bilir. Onun üzərində
interkalyar tərzdə çoxsaylı (40-a qədər) milşəkilli sporlardan
ibarət uzunsov sporangilər yaranır. Həmin sporlar yeni haploid
mitselilərə çevrilə bilir, yəni cinsiyyətsiz artan sporlar kimi
fəaliyyət göstərməyə başlayır, ancaq çox vaxt cüt-cüt birləşən
ziqota əmələ gətirən qametlər kimi təzahür edir. Ziqotadan
birnüvəli hüceyrələrdən ibarət şaxələnmiş diploid mitseli mey-
dana gəlir. Onun hiflərinin uclarının hər birində 8 haploid ask
sporu yerləşən kürəşəkilli kisələr yaranır. Ask sporları inkişaf
edərək yenidən hüceyrəsiz haploid mitselinin başlanğıcıni
əmələ gətirir.
Eşbi eremotesium (Eromothecium ashbyi) da, həmçinin
pambıq qozalarının paraziti kimi çoxnüvəli hüceyrələrdən ibarət
dixotomik şəkildə şaxələnən açıq-sarı rəngli mitseli əmələ
gətirir. Bu mitselinin rəngi göbələkdə riboflavinin olması ilə
şərtlənir; riboflavin o qədər çox olur ki, vakuollarda kristal
şəklində ayrılıb tökülür. Mitselidə milşəkilli sporları olan uzun-
sov çoxsporlu sporangilər yaranır. Sporanginin qişası yetişəndən
sonra partlayır, sporlar dağılır və əvvəlki növdən fərqli olaraq,
bir-birilə birləşirlər. Meydana gələn cücərtilərdə 4-dən 32-ə
qədər ask sporu olan kisələr yetişir.
Göbələk qida mühitində yaxşı inkişaf edir və mikrobioloji
sənayedə riboflavinin alınması üçün istifadə edilir. Vitamin
istehsalında eremotesiumu üzvi azot mənbələri, vitaminlər və kar-
bohidratlar mühitində yaxşı aerasiya şəraitində 28-30º C tem-
peraturda dərin becərmə yolu ilə yetişdirirlər. Belə şəraitdə
göbələyin mitselisi mühitə yayılan böyük kəmiyyətdə riboflavini
sintez edir. Onun şıxışı 1 litr mühitdə 1 – 2 q, bəzi hesablamalara
görə isə, 6 q qədər təmiz maddə əmələ gəlir.
Heyvandarlıqda riboflavin konservantlarından və ya
onların yemə əlavə edilməsindən istifadə olunur. Bunları almaq
üçün produsenti taxılda və ya müxtəlif qida sənayesi tullantı-
larında yetişdirirlər. Üzərində göbələk yetişdirilən substrat öz
keyfiyyətlərini saxlayır və tərkibi 1 kq xammalda 2 – 3 qrama
çatan vitaminlə zənginləşdirilir.
Nematospor (Nematospora) cinsi üçün səkkiz sporlu
kisələr və bir ucunda uzun törəməsi olan milşəkilli ikihüceyrəli
ask sporları səciyyəvidir. Bu cinsdən olan növlərin mitselisi
tumurcuqlana bilir.
Nematospor cinsinin növləri müxtəlif bitkilərə yoluxaraq,
onların toxumunu və meyvələrinin lətli hissələrini çürüdür.
Fındıq nematosporu (M.coryli) meşə fındıqlarının çürüməsinə
səbəb olur, son illər isə bir sıra Şimali Afrika və Asiya
ölkələrində onun püstələrə böyük ziyan vurduğu aşkar edilmiş-
dir. 1967 – 1970-ci illərdə Orta Asiya respublikalarında bu
göbələyin püstə məhsulunun 30%-ni sıradan çıxardığı
müəyyənləşdirilmişdir (N.V.Kutlunina). Göbələk toxuma
yoluxur, bu zaman toxum tündləşir, sonra isə ask sporları və
tumurcuqlanan göbələk hüceyrələri ilə örtülərək çürüyür.
Meyvəyanlığı bu xəstəliyə yoluxmur və buna görə də fındıq
zahirən sağlam görünür. Fındığı yalnız sındıranda xəstələn-
diyini müəyyənləşdirmək mümkün olur.
Becərmə zamanı bu növ yaxşı inkişaf etmiş mitseli və
tumurcuqlayan hüceyrələr əmələ gətirir. Diploidizasiya mitseli
hüceyrələrinin və ya ask sporlarının bir-birinə qovuşması
nəticəsində baş verir, ziqot isə dərhal kisəyə çevrilir, yaxud
əvvəlcə onda hiflər yetişir və onların üzərində kisələr yaranır.
Nəsl növbələşməsi müşahidə olunmur.
Başqa bitkilərə yoluxan nematosporlar da məlumdur. Af-
rika, Asiya, Şimali və Mərkəzi Amerikanın bəzi rayonlarında
pambıq bitkisində pambıq nematosporu, lobyada və başqa
bitkilərdə lobya nematosporu (N. phaseoli), pomidorda isə to-
mat nematosporu (N. lycopersici) rast gəlinir.
Spermoftorlular fəsiləsinin ən çox öyrənilmiş cinsi
Meçnikov mayaları və ya meçnikovi (Metschnikowia) sayılır.
O, məskunlaşmasına əsasən iki qrupa – su və quru qruplarına
görə bir neçə növə bölünür. Bu cinsdən olan mayaları ilk dəfə
Paris nəbatət bağının hövzəsində olan dafnidə İ.İ.Meçnikov
(1884) aşkara çıxarmışdır.
Dafnilər su ilə birlikdə sporlu maya kisələrini udur. Mədə
şirəsinin təsiri altında kisələrin qişası əriyir, iynəşəkilli sporlar
isə bağırsaq divarlarını deşir və gövdə boşluğuna çıxır, burada
cücərir və tumurcuqlama yolu ilə artır. Bu zaman ara-sıra hey-
van ölür, mayalar spor vəziyyətinə keçir və yenidən ətraf
mühitə düşür, orada isə yenidən yoluxur. 80 ildən artıq bir
müddətdə bu mayalar haqqında əlavə heç bir bilgi əldə
edilməmişdir. Yalnız keçən əsrin 60-cı illərində okeanın mik-
robioloji öyrənilməsi genişləndirildiyi bir vaxtda ayrı-ayrı on-
urğasız dəniz faunasının orqanizmində analoji mayalar tapılmış
və bunlar rus mikrobioloqu A.Y. Krissin şərəfinə yeni Kriss
meçnikovisi (M.krissi) və amerikalı su mikrobioloqu
K.Zobellin şərəfinə Zobell meçnikovisi (M.zobellii) növü kimi
təsvir edilmişdir.
Sonralar soyuq antarktika sularında Avstraliya meçnik-
ovisi (M.australis) xırda dəniz xərçəngi üçün patogen olan Ar-
temiya salina tapılmışdır. Bu mayaların iynəşəkilli sporları
yetişmə prosesində sancaq şəkilli kisələrin zirvə hissəsindəki
deşikdən sürətlə atılır. Bu cür yayılma üsulu sayəsində sporlar
heyvanların bədən boşluğuna asanlıqla daxil olur.
Bu cinsin quru nümayəndələri arasında 3 meçnikovi növü
məlumdur: ən gözəl (M. pulcherrima), Reykauf (M. reukaufii)
və Oraqşəkilli (M. lunata). Onlara çiçəklərin nektarında (daha
çox Reykauf meçnikovisinə) və ya yarpaqların və meyvələrin
səthində (ən gözəl meçnikoviyə) rast gəlinir. Ola bilsin ki,
onları bir yerdən başqa bir yerə tozlandırıcı həşaratlar daşıyır.
Bu mayaların təbiətdə həyat tsikli hələ tam şəkildə öyrənilməsə
də suda məskunlaşan mayalarla analogiya əsasında guman
etmək olar ki, bu tsiklin (ehtimal ki, sporların yaranması ilə
bağlı) bir hissəsi daşıyıcı həşaratların orqanizmində baş verir.
Ən gözəl meçnikovi başqa mayalardan buna görə asanlıqla
fərqləndirilir ki, o, ətraf mühiti (dəmir olan mühiti) qırmızı-
kərpici rəngə boyayan hüceyrədən kənar pulxerrimin piqmenti
əmələ gətirir.
Spermoftorlular askomisetlərin ibtidai bir qrupunu təşkil
edir. Bu qrup onların əcdadlarının primitiv əlamətlərini (hücey-
rədənkənar haploid mitselini, sporangilərin yaranmasını, inkişaf
tsiklində nəsl dəyişmələrini) inkişaf etmiş askomiset əlamətləri
(hüceyrə mitselisi, təsbit edilmiş sayda ask sporları olan kisələrin
yaranması) ilə birləşdirir. İnkişaf tsiklində diploid fazanın
sürətliliyinin artmasına görə spermoftorlular saxoromisetlər
fəsiləsinin bəzi nümayəndələrinə oxşayır.
Dostları ilə paylaş: |