Endoqonales sırası – Endoqonales
Bu sıranın nümayəndələri əsasən torpaqda yaşayırlar.
Lakin içərisində mamırlar və bitki qalıqları üzərində yaşayan
nümayəndələr vardır. Sıranın nümayəndələri arakəsməsiz
mitseli ilə xarakterizə olunurlar. Bunların bəzi nümayəndələri
taxıllarda və pambığın kökündə mikorizalar əmələ gətirirlər.
Siranın bütün nümayəndələrində qeyri-cinsi çoxalma
konidilərlədir. Cinsi çoxalma isə iki təknüvəli hüceyrənin
birləşməsi ilə tamamlanır. Cinsi prosesdən sonra ziqot əmələ
gəlir. Cinsi çoxalmadan sonra ziqot sakitlik dövrü keçirdikdən
sonra inkişafa başlayır. Deyilənləri Endoqone lactifluada
müşahidə etmək olar.
Dostları ilə paylaş: |