Zygomycetes sinfi
Bu sinif Mucorales, Enthomophtorales, Endoqonales
və Zoopagales sıralarını cəmləyir.
Mukorlar sırası – Mucorales
Bu böyük sıra olub 360-dan artıq nümayəndəni özündə
cəmləyir. Sıranın geniş yayılmış qruplarından biri kif
göbələyidir. Əsasən saprotrof həyat tərzi keçirirlər. Bunlar
əsasən torpaqda, ərzaq məhsulları üzərində saprofit yaşayırlar,
nadir hallarda isə bunlara papaqlı göbələklər üzərində parazit
halda da rast gəlinir.
Pitocephalis və Chaetocladium cinslərinin növləri isə ali
çiçəkli bitkilər üzərində parazit həyat tərzi keçirirlər. Mukor və
Rhizopus cinslərinin növləri isə insan və heyvanlarda mikoz və
digər xoşagəlməz xəstəliklər törədirlər (məsələn, tənəffüs yol-
larında). Mukor göbələkləri torpaqda zülal və digər azotlu
birləşmələrin bitki və heyvan mənşəli birləşmələrin parçalan-
masında yaxından iştirak edirlər. Yuxarıda adları çəkilən
birləşmələr parçalandıqdan sonra bitkilər tərəfindən asan
mənimsənilə bilən formaya düşür. Sıranın Mucor cinsinə
mənsub olan növlər daha çox yayılmışdır. Onun Mucor mu-
cedo növü rütubətli şəraitdə adi peyin və digər cisimlər
üzərində asanlıqla inkişaf edir: mitseliləri çox budaqlanmış,
arakəsməsiz hiflərdən təşkil olunmuşdur, əsasən substrat
daxilində inkişaf edir və xaricə doğru çoxlu qalın, uzunsov, bu-
daqlanmayan sporangidaşıyanlar çıxarır. Bunların yığınları
substrat üzərində keçəyəbənzər yumşaq ağ örtük əmələ gətirir.
Bunu rütubətli yerdə qalmış çörək parçası üzərində də görmək
olur. Sporangidaşıyanın ucunda adi gözlə görünən sarımtıl
qonur rəngli, kürəşəkilli sporangi əmələ gəlir (şəkil 23,24,25).
Bunun çoxnüvəli protoplastı oval və silindrşəkilli spo-
rangispora əmələ gətirir. Bunlar azad olub, əlverişli şəraitə
düşdüksdə inkişaf edib yeni mitseli əmələ gətirirlər. Cinsi çox-
alma qametangioqamiya tiplidir (şəkil 26).
Şəkil 23. Mukor: 1 – sporangidaşıyıcılar sporangiərlə birlikdə;
2 – sporanginin quruluşu; a – sütun; b - yaxalıq .
Şəkil 24. Mukor göbələklərinin qeyri-cinsi çoxalma orqanları.
a – Mucor; b – Absidia; v- Rizopus; q – Saksenaea; d-
Syncephallastrum; e – Cunninghamella.
Şəkil 25. Mukor: 1 – sporangidaşıyıcılar sporangilərlə birlikdə.
Şəkil 26. Mukor göbələklərində cinsi proses: a – iki mitselinin
kopulyasion qolları; b- qametangilərin formalaşması; v
– suspenzordan arakəsmə vasitəsilə ayrılmış qametangi;
q – qametangilərin kopulyasiyası; d – yetişmiş ziqospor; e
– rüşeym sporangisində ziqosporun cücərməsi.
Mucor-da cinsi çoxalma, xarici görünüşü ilə eyni, lakin
cinsi əlaməti ilə müxtəlif olan mitseliləri görüşdükdə baş verir.
Bu zaman ucları genişlənmiş gödək mitseli budaqları bir-birinə
yaxınlaşır, onların təpələrində arakəsmə əmələ gəlir, bu sürətlə
ayrılan hüceyrələr bir-birinə toxunanda onların aralarındakı
qılaf əriyir və möhtəviyyatları birləşır, birləşmiş kütlənin ətrafı
qalın qabıqla örtülür, ziqot əmələ gəlir. Ziqot hər iki tərəfdən,
onu əmələ gətirən budaqlara birləşmiş olur, bunlara
suspenzorlar deyilir. Ziqot sakit dövr keçirdikdən sonra inkişaf
edərək mitseli verir və bunun üzərində isə sporangilər əmələ
gəlir. Ziqot və ondan əmələ gələn mitseli diploiddir. Bundan
reduksion bölünmə ilə əmələ gələn sporlar və inkişaf edən
mitseliləri haploiddir. Mukorların təbiətdə və insanın həyatında
müəyyən əhəmiyyəti vardır. Bunlar torpaqda külli miqdarda
çoxalaraq, orada üzvi maddələrin dövranında iştirak edirlər.
Yuxarıda qeyd edildiyi kimi meyvə-tərəvəz və sairənin
üzərində kif əmələ gətirərək onlara böyük ziyan vururlar.
Bəziləri isə quşlarda, məməli heyvanlarda və hətta insanların
eşitmə orqanlarında və bronxlarında inkişaf edərək ağır
xəstəliklər əmələ gətirir.
Dermatomikoz xəstəliyi insanların mərkəzi sinir sistemini
zədələyir. Cənub-şərqi Asiyada keyfiyyətli içkilərin istehsalında
mukor göbələyindən geniş istifadə olunur. Tərəvəz və meyvələri
cürüdən rizopus da (Rizopus) mukor cinsinə yaxındır. Rizopusun
hava hifləri qalındır. Boz rəngli rizoid əmələ gətirir. Rizoidin bir
nahiyyəsindən dəstə halında sporangidaşıyan çıxması ilə
xarakterizə olunur. Bu cinsin bəzi növləri pambıq liflərini xarab
edir və çürüdür. Bu cinsin növlərindən spirt alınmasında geniş
istifadə edilir. Mukorların Tamnidium cinsində artıq qeyri-cinsi
çoxalma konidilərlədir. Bu hal göbələklərin quru mühitdə
yaşamaları ilə bağlıdır (27, 28).
Dostları ilə paylaş: |