Blastokladilər sırası – Blastocladiales
Sıranın nümayəndələri şirin sularda ölmüş həşaratlar və
bitki qalıqları üzərində saprofit yaşayılar, yosunlar və
göbələklər üzərində parazit yaşayan nümayəndələri vardır.
Bəzilərinə isə rütubətli torpaqda rast gəlmək mümkündür. Tal-
lomları sadə plazmodi formasından inkişaf etmiş mitseliyə kimi
müşahidə olunur, hüceyrə qlafı xitindir. Qeyri-cinsi çoxalmaları
təkqamçılı zoosporlarla başa çatır. Bu zoosporlar amöbvarı
hərəkətlərinə və xüsusi nüvə qapaqlarının olması ilə
başqalarından fərqlənir. Cinsi çoxalmaları izoqamiya və het-
eroqamiya tiplidir. Bir çox nümayəndələrində nəsil
növbələşməsi müşahidə olunur.
Diploid saprofit zoospor və sista əmələ gətirir. Zoospor-
dan parazit orqanizm əmələ gəlir. Sista isə inkişaf edib haploid
zoosporlar əmələ gətirir ki, bu zoosporlar da qametangili qame-
tofit əmələ gətirirlər ki, bu zoosporlar da qametangili qametofit
əmələ gətirir. Qametalar zoosporlara nisbətən kiçikdir.
Blastokladilərin bəzilərində dişi və erkək qametlər eynidir.
Başqaları isə hərəkətlərinə və rənglərinə görə fərqlənirlər.
Ziqotdan isə yenidən sporofit nəsil inkişaf edir.
Sıranın geniş yayılmış cinsi Allomitsesdir /Allomyces/.
Buna torpaqda, suda və bitki qalıqları üzərində və habelə ölmüş
heyvan cəsədləri üzərində rast gəlmək mümkündür (şəkil 21).
Dostları ilə paylaş: |