Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə122/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   244
SELİKLİ GÖBƏLƏKLƏR ŞÖBƏSİ  

– PLASMODİOPHORAMYCOTA 

 

Selikli göbələklər şöbəsi 180 cinsdən olan 700 növ müx-

təlif quruluşlu xlorofilsiz orqanizmləri cəmləyir. Bunlara tor-

paqda, peyində, bitki üzərində, yosunlar üzərində, su 

göbələkləri və su bitkiləri üzərində rast gəlmək mümkündür. 

Selikli göbələklərlə ilk dəfə 1875-ci ildə böyük rus mikoloqu və 

fitopatoloqu M.S.Voronin (1875) məşqul olmuşdur. O, bu 

göbələkləri kələmin kökündə  xəstəlik törədən “kila” xəstəliyi 

zamanı ətraflı tədqiq edə bilmişdir. O, göbələyin inkişaf tsiklini 

və biologiyasını öyrənmiş  və  həmin xəstəliyə qarşı bir sıra 

mübarizə  tədbirləri hazırlamışdır. Onun selikli göbələklərlə 

apardığı bu tədqiqat işi ona dünya şöhrəti gətirmişdir. 

Miksomisetlər və ya selikli göbələklər vegetativ dövrdə 

çoxnüvəli çılpaq protoplazma yığınından təşkil olunmuş plaz-

modi  şəklində olur. Plazmodi çox vaxt fəal amöbvarı  hərəkət 

etmək qabiliyyətinə malikdir. Sonralar belə plazmodilər 

 

  üzərində kisəşəkilli meyvə cisimcikləri və ya sporangilər 



əmələ  gəlir. Plazmodi adətən yerdə yaşayır, quru yerdən nəm 

yerə sürünür. Spor əmələgəlmə zamanı  əksinə, işıqlı yerə, 

məsələn, kötük üzərinə  çıxır, protoplastını  yığır, kiçilir, 

cürbəcür şəkildə sporangilərə çevrilir, sonra içərisindəki proto-

plast xırda parçalara bölünür, bu parçalardan birnüvəli qılaflı 

haploid sporlar əmələ gəlir. Sporlar rütubətli mühitə düşdükdə 

tezliklə, cücərməyə başlayırlar. Bu dövrdə spor daxilində ehti-

yat maddəsi olan qlikogen şəkərə çevrilir, ətrafda olan suyu 

özünə çəkir. Sporun daxilində osmotik təzyiq artır və qılaf part-

layır, protoplazma xaricə tökülərək iki hissəyə bölünür və 

ikiqamçılı zoosporlara çevrilir. Bunlar bölünmə vasitəsilə çox-

alma qabiliyyətinə malikdirlər. Adətən müxtəlif plazmodilərdə 

əmələ gəlmiş miksoamöblər kapulyasiya edirlər /heterotallizm/ 

və onların nüvələri birləşir. Bu diploid amöblər sürünərək 

hərəkət edir və digərləri ilə birləşir. Beləliklə, çoxnüvəli plaz-

modi yığını əmələ gəlir. Bunlar işıqdan qaçırlar. Ona görə təbii 

şəraitdə plazmodilər, ancaq bitki qalıqları altında gizlənmiş 

olurlar. Mikroskopda plazmodi müşahidə edildikdə onun pro-

toplazmasının hərəkətdə olduğunu görmək mümkündür. 

Miksomisetlərin sporangiləri plazmodi üzərində yığımlar əmələ 

gətirir. Bəzi selikli göbələklərdə sporangilər bir-birinə yaxın 

olaraq inkişaf etdikləri üçün, ümumi qabıqla örtülür. Bu halda 

onların arakəsmələri itir, daxilində isə sporlarla yanaşı kapillisi 

toru əmələ gəlir. Kapillisi bir-birilə birləşmiş, bəzən şaxələnmiş 

ayrı-ayrı saplardan, yaxud borucuqlardan ibarətdir. Hiqroskopik 

hərəkətlərə qabil olduğuna görə kapillisi sporların yayılmasında 

iştirak edir. Bunlar etali adlanır. Belə nümayəndələrə misal 

olaraq geniş yayılmış fuliqonu göstərmək olar. Qidalanma 

xüsusiyyətlərinə görə miksomisetlər iki müstəqil qrupa ayrılır: 

saprotroflar – bitki qidalarında (tökülmüş yarpaqlardan ibarət 

meşə döşəyində, çürüyən kötüklərdə  və  yıxılmış  ağacların 

gövdəsində qabıq altında) yaşayırlar və parazitlər – canlı sahib 

bitkinin hüceyrələrində inkişaf edirlər. Kapillisilərin quruluş və 




 

  formaları miksomisetlərin təyin və  təsnifatında  əsas rol oy-

nayır. Quruluşuna və inkişaf tsiklinə görə şöbə 4 sinfə bölünür 

– Akraziomisetlər, Protosteliomisetlər, Miksoqasteromisetlər, 

Plazmodioforamisetlər. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin