Şəkil 28. Absidia glauca: çıxıntılarla əhatə olunmuş ziqospor.
Entomoftorlar sırası – Entomophthorales
Sıranın 50-yə yaxın nümayəndəsi vardır. Bu sıraya daxil
olan nümayəndələr içərisində həşərat, onurğalı heyvanlar və
yosun parazitlər vardır. Bu göbələyin mitselisində artıq
arakəsmələr əmələ gəlir. Qeyri-cinsi çoxalması konidilər
vasitəsilədir. Cinsi çoxalması ziqoqamiya tiplidir. Sıranın tipik
nümayəndəsi Entomoftora (Entomophtora muscae) növü pa-
yızda ev milçəkləri üzərində xəstəlik törədir (şəkil 29).
Dostları ilə paylaş: