Monoblefaridlər sırası – Monoblepharidales
Sıranın nümayəndələri saprofit halda şirin durğun sularda,
yarpaq, budaq və ölmüş həşərat üzərində yaşayırlar. Bunlara
təbiətdə əsasən yazda və payızda daha geniş rast gəlmək olur.
Bu göbələklər substrat üzərində boz-qəhvəyi rəngli 1 – 2 mm
uzunluğunda zərif yığın əmələ gətirirlər. Mitseliləri çox nazik
və arakəsməlidir. Sıranın əsas cinsi Monoblefarisdir. Bu cinsin
nümayəndələri suya tökülmüş yarpaq, budaq üzərində
hörümçək toruna bənzər ağ örtük əmələ gətirir. Mitseliləri
arakəsməsiz, hiflər isə arakəsməlidir, hifin nəhayətində silindr
formalı zoosporangilər əmələ gəlir və bundan oval formalı
təkqamçılı zoosporlar çıxır. Zoosporlar zəif hərəkət edir. Sonra
substrata yapışıb zoosporangiyə çevrilir. Qalın qlafla örtülür
və hər birtərəfindən rizoid, digər tərəfindən hif əmələ gəlir.
Cinsi çoxalma ooqamiya tiplidir. Ooqonidə bir yumurta
hüceyrə, anterididə isə 4 – 8 ədəd zoospora bənzər spermato-
zoid əmələ gəlir. Boylarının kiçik və hərəkətli olmalarına görə
zoosporlardan fərqlənir. Spermatozoidlərdən biri suya düşüb
fəal hərəkət edib ooqoniyə daxil olub yumurta hüceyrənin biri
ilə mayalanır. Başqa nümayəndələrdə ziqot ooqoni daxilində
zoospora çevrilir və sakit dövr keçirdikdən sonra mitseli əmələ
gətirir. Tropik ölkə torpaqlarında bu sıranın monobleforella
cinsi yaşayır. Onun ooqonisində bir və ya bir neçə yumurta
hüceyrə ola bilir. Mayalanmadan sonra ooqonidən çıxıb suya
düşür və spermatozoid qamçısı vasitəsilə üzür. Monoble-
farellanın ziqotu quru torpaqda öz həyat fəaliyyətini uzun
müddət saxlaya bilir (şəkil 22).
Dostları ilə paylaş: |