Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə143/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   244
Şəkil 20. Polyphagus euglenae. Yuxarıda: 1 – zoospor; 2 – ri-

zomitseli; 3 – əvvəlki  zoosporun cismi. Aşağıda – cinsi 

proses; 1 – 2 erkək və dişi fərdlərin birləşməsi; 3 – ziqota; 


 

  4 – 8 ziqotanın cücərməsi və zoosporanginin əmələ gəlməsi. 

 

Xitridilər sırasının geniş yayılmış nümayəndələrindən biri 



də Polyphagus euglenadır (şəkil 20). O, evqlenalar üzərində 

parazitlik edir. Göbələk rizomitseli verir və kisəformalı zoospo-

rangi əmələ gətirir. Sıranın ən maraqlı nümayəndələrindən biri 

də Fizodermadır (Phyzoderma). Bu cinsin nümayəndələrinə su 

bitkiləri və quruda yaşayan bitkilər üzərində parazit halda rast 

gəlmək mümkündür. Parazitin zoosporları bitkinin yarpağı 

üzərinə düşür, qlafla örtülür, rizomitseli əmələ  gətirir sonra 

qametangiyə çevrilir. Qametangidən çıxmış qametlər bir-birilə 

birləşib planoziqot əmələ  gətirir və bu da rizomitseli verir. 

Beləliklə, göbələk sahib bitkinin toxumasını  zədələyir və “to-

planan hüceyrələr”  əmələ  gətirir. Bunlar üzərində çoxnüvəli 

sista  əmələ  gətirir ki, bunlar sahib bitkinin toxuması 

zədələndikdən sonra azad olurlar (şəkil 20). 

Onlar inkişaf edib qapağı olan zoosporangi əmələ 

gətirirlər, odur ki, bunlarda nəsil növbələşməsi müşahidə ol-

unur. Tropik və subtropik vilayətlərdə bu göbələk qarğıdalı bit-

kisi üzərində parazit yaşayır. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin