zoosporangisini görmək olur. Zoosporangi kürəşəkillidir. Onun
başqa bitkilərə keçərək öz inkişafını davam etdirir. Onun bütün
beləliklə, o, sürətlə yayıla bilir. Eyni zamanda parazit qışlamaq
böyük ziyan verir. Torpağın yüksək rütubəti onun inkişafını
artırır. Ona görə, xəstəliklə mübarizə üçün şüşəbəndlərin
normal sulanması və qabaqcadan torpağın dərmanlanması
məsləhət görülür. Olpidiuma yaxın olan sinxitrium bu sıraya
daxildir. Onun sistaları inkişaf edərkən bir neçə ədəd
zoosporangi əmələ gətirir. Sinxitriumun çoxlu nüvələri cavan ot
bitkilərinin yarpaq və gövdələrində geniş yayılmışdır. Parazitin
təsirindən sahib bitkinin yarpaqları üzərində tünd rəngli kiçik
ziyillər əmələ gəlir. Bunların içərisində sistalar yerləşir. Sista
inkişaf edərkən onun içərisi qabıqla örtülü bir neçə ədəd
hüceyrələrə – sporangi soruslarına ayrılır. Sistaların qabığının
partlaması sayəsində soruslar xaricə tökülür və hər biri inkişaf
edərək bir neçə ədəd təkqamçılı zoosporu olan sporangiyə
çevrilir. Sinxitriumun bəzi növlərində ancaq qalın qabıqlı,
qışlayan sistalar inkişaf edir. Digərlərində isə nazik gabıqlı,
birbaşa inkişaf edən sistalar da əmələ gəlir. Sinxitriumun
S.endobioticum növü təsərrüfata böyük ziyan vurur. O, kartof
yumrularında xərçəng xəstəliyi törədir. Parazitin təsirindən
yumrular üzərində girintili-çıxıntılı şişlər əmələ gəlir. Bu
şişlərin içərisində parazitin çoxlu sistaları yerləşir. Xəstə
hissənin çürüməsi nəticəsində sistalar azad olur və yeni bitkiləri
xəstələndirir. Burada iki növ qabıqlı – sürətlə inkişaf edən və
qalın – qışlayan sistalar müşahidə olunur. Kartofun xərçəng
xəstəliyi Qərbi Avropa və Amerikada geniş yayılmışdır.
Keçmiş SSRİ-də yayılmış bu xəstəlik xaricdən gələn karantin
xəstəlik hesab olunur. Sıranın tipik cinsi rizofidiumdur
(Rizophydium). Onun Rizophydium pollins növünə suya
düşmüş şam tozcuqları üzərində təsadüf edilir. Parazitin
təkqamçılı zoosporu tozcuq üzərində qabıqla örtülərək onun
daxilinə nüvəsiz rizomitseli çıxıntıları şəklində daxil olur.
Zoosporlar həmin rizomitsellər vasitəsilə bir neçə müddət
qidalanıb inkişaf edərək zoosporangi əmələ gətirir. Onun
tərkibində çoxlu miqdarda təkqamçılı zoosporlar əmələ gəlir.
Sıranın cinslərindən biri də xitridiumdur (Chytridium). Cinsin
xarakterik nişanəsi zoosporangisinin açılan qapağının
olmasıdır.
Dostları ilə paylaş: