Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə141/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   244
Chytridiales sırası 

Bu ən böyük sıra olub, 80 cinsi və 400 növü özündə cəm-

ləyir. Bunların çoxu yosunlar və quruda yaşayan bitkilər 

üzərində parazitlik edirlər. Bəzilərinə isə heyvanlar və 

həşaratlar üzərində  də rast gəlmək olur. Sıranın ibtidai nüma-

yəndələri amöb, nisbətən inkişaf etmişləri isə rizomitseli əmələ 

gətirir. Cinsi çoxalma izoqamiya tiplidir. Parazitin zoosporları 

təkqamçılıdır və hamardır. O, bitki üzərinə düşərək 

möhtəviyatını oraya boşaldır və parazit talloma çevrilir. Onun 

ölçüsü böyüyür və çoxnüvəli olur. Qlafla bərpa olunub 

zoosporangiyə çevrilir. Zoosporlar sahib bitkinin kök boynunun 

hüceyrə divarını  dələrək xaricə  çıxırlar.  İnkişaf dövrü 5 – 10 

gün davam edib bir neçə  dəfə  təkrar olunur. Zoosporların 

zoosporangidən çıxması gecikərkən onlar özlərini qametlər 

kimi aparır və cüt-cüt birləşir. İkiqamçılı ziqot bir müddət üzür, 

sonra zoospor kimi bu da bitkini xəstələndirə bilir. Qalın qılafla 

 

  örtülüb sista formasını alır və gələn il zoospora çevrilir. Sista 



zoosporangiyə çevrilməmişdən əvvəl iki nüvə bir-birilə birləşir 

və sonradan reduksion yolla bölünür. Bu cinsin ən geniş yay-

ilmış nümayəndəsi kələm bitkisi üzərində parazit yaşayan “qara 

ayaq” (Olpidium brassicae) göbələyidir (şəkil19).  

 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin