1 – Sclerospora; 2 – Basidiophora; 3 – Plasmopara; 4 –
Peronospora; 5 – Bremia.
Şəkil 18. Albugo candida: 1 – bitki epidermisi altında sporan-
gilər; 2 – bitki toxumasında ooqonilər (a);
anteridilər (b); oosporlar (v).
Peronospora cinsinin Albuqo candida növünə
xaççiçəklilər fəsiləsinə aid olan bitkilər üzərində təsadüf ol-
unur. Bu göbələk ağ pas xəstəliyi əmələ gətirir. O, xüsusilə
quşəppəyi bitkisində müşahidə edilən kürəşəkilli qaustori
əmələ gətirərək sahib bitkinin hüceyrəsi daxilinə keçir.
Bitkinin
vegetativ orqanları üzərində hiflər çoxlu budaqlanaraq epider-
mis altında sporangidaşıyan və onun üzərində də bozumtul
sporangi zənciri əmələ gətirir. Bunların təsirindən bitkinin epi-
dermisi şişir, partlayır və sporangilər azad olur. Bunlar çox vaxt
konidi adlanir. Lakin inkişaf edərək zoosporlar əmələ gətirirlər.
Vegetasiyanın sonunda sahib bitkinin hüceyrələri arasında iri
oospor əmələ gəlir. Qışlayıb sonra inkişaf edib zoospora, bəzən
isə zoosporangiyə çevrilir (şəkil 18).
Dostları ilə paylaş: