bitkilərdə parazitlik edən formalar daxildir. Bunları suya
pambıqvarı örtük şəklində görmək olur. Saproleqniaların
zoosporangi əmələ gəlir. Zoosporangidə yetişən zoosporlar
əksərən armudşəkilli və həmişə ikiqamçılı olur. Onlar
ikiqamçılı zoosporlara ayrılır. Belə zoosporlar zülal maddələrin
Saproleqniaların cinsi çoxalmaları bütün
nümayəndələrində, demək olar ki, eyni şəkildə gedir. Ooqoni
qalın qabıqlı kürə şəklindədir. Onun çoxnüvəli protoplastı bir
neçə müddətdən sonra təknüvəli yumurta hüceyrələr verir.
Anteridi silindrşəkilli və çoxnüvəlidir. O, mitselilərin yan
budaqlarının uclarında əmələ gəlir. Mayalanma zamanı anteridi
ooqoniyə yapışır və özündən xüsusi çıxıntılar verərək öz
möhtəviyyatını yumurta hüceyrəyə boşaldır. Mayalanmış yu-
murta hüceyrə qalın qabıqlı oospor əmələ gətirir. Oospor
sakitlik dövrü keçirdikdən sonra inkişaf edərək zoosporangiyə
çevrilir və ya nazik mitseli verərək ucunda zoosporangi əmələ
gətirir. Oosporun inkişafı zamanı reduksion bölünmə gedir və
haploid faza bərpa olunur.
Sıranın ən geniş yayılmış fəsiləsi Saprolegniyadır.
Fəsilənin bütün nümayəndələri su mühitində yaşayır və inkişaf
etmiş arakəsməsiz mitselilərlə xarakterizə olunur. Əgər bişmiş
toyuq yumurtasını şirin durğun suya atsaq 4 – 6 gündən sonra
yumurta zülalı üzərində uzunluğu 1 sm olan ağ pambıqvarı
örtük əmələ gəlir. Zoosporanginin ön hissəsindəki dar
məsamədən zoosporlar xaric olunur. Saproleqniya cinsinin
nümayəndələrində zoospor armudvarıdır. Zoosporun ön
hissəsində iki qamçısı vardır. Zoosporlar bir müddət suda üzüb
(30 dəqiqə) sonra qılafla örtülüb sakit dövr keçirən vəziyyət alır.
Sonra yenidən inkişaf edib ikiqamçılı böyrəkşəkilli zoosporlara
çevrilir. Lakin bu zoospor suda uzun müddət üzür və substrata
yapışıb mitseliyə çevrilir (şəkil 12,13).
Dostları ilə paylaş: