Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)


Lagenidiales (Ancylistales) sırası



Yüklə 1,94 Mb.
səhifə133/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   244
Lagenidiales (Ancylistales) sırası 

Sıranın nümayəndələri silindrik və yaxud kisə 

formalıdırlar. Yaxşı inkişaf etmiş hüceyrə divarı ilə örtülmüşlər. 

 

  Bunlarda nadir hallarda hif əmələ gəlir ki, bu da sahib bitkinin 



toxuması daxilində olur. Bu sıranın nümayəndələri bitki və 

heyvan toxumalarının daxilində parazit həyat tərzi keçirirlər. 

Belə hiflər üzərində zoosporangi, ooqoni və anteridi formalaşır. 

Zoosporangi  əmələ  gəlməmişdən  əvvəl vegetativ bədən 

bölünməyə başlayır və zoosporangini əmələ  gətirir. Zoosporlar 

zoosporangi hüceyrələrinin bölünməsi nəticəsində  əmələ  gəlir. 

İkiqamçılı zoosporlar yumurta formalıdırlar. Cinsi çoxalmadan 

əvvəl vegetativ bədən üzərində şişlər əmələ gəlir və bunlardan da 

ooqoni və anteridi əmələ gəlir. Sıranın Lagenidium rabenhorstii 

növü sapvarı yosunlar üzərində parazit həyat tərzi keçirir. İkinci 

böyük cins Myzocytium-dır. Çox maraqlı haldır ki, bu cinsin hər 

hüceyrəsi zoosporangiyə, ooqoniyə  və anteridiyə çevrilə bilir. 

Zoosporangidən çoxsaylı zoosporlar xaric olur. Cinsi 

çoxalmadan sonra əmələ  gəlmiş oosporlar qalın qılaflıdır və 

möhkəmdir. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin