Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 1,94 Mb.
səhifə132/244
tarix28.12.2021
ölçüsü1,94 Mb.
#10797
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   244
Peronosparales sırası – mitseli sahib bitkinin üst 

təbəqəsində  və hüceyrəarası  məsamələrdə  əmələ  gəlir. Cinsi 

çoxalmaları isə ooqamiya tiplidir. Bunlarda artıq su mühitindən 

quru mühitə  çıxma başlayır. Habelə saprofitlikdən parazitlilik 

qidalanma başlayır. Qeyri-cinsi çoxalma ikiqamçılı 

zoosporlarladır. Cinsi çoxalma zamanı ooqonidə bir yumurta 

hüceyrəsi olur. 

 

Woroninales sırası 

Bu sıra oomisetlərin ən sadə quruluşlu nümayəndələrini 

cəmləyir. Vegetativ protoplazmatik olub, amöbü xatırladır. 

Bunlar bitki toxuması daxilində inkişaf edirlər. Qeyri-cinsi 

çoxalma zamanı bütün bədən zoosporangiyə çevrilir və 

ikiqamçılı zoosporlar əmələ  gəlir. Cinsi çoxalma holoqamiya 

tiplidir. Cinsi çoxalmadan əvvəl amöblərdə yeni hüceyrə qılafı 

əmələ  gəlir və sonra cinsi çoxalma gedir. Bu sıranın bütün 

nümayəndələri su göbələkləri və yaxud su yosunlarının 

hüceyrədaxili parazitləridir. Bu sıraya aid nümayəndələrdə 

zoosporangi uzun boğaza malikdir. Xaric olan bütün zoosporlar 

ikiqamçılıdırlar. 

Ən geniş yayılmış cinslərdən biri 

Aphanomyces-dir. Bu cinsin onlarla nümayəndələri vardır. 

Hiflərinin nəhayəti  şişmiş olur. Amöbəbənzər orqanizmlər 

bölünüb, zoosporangiyə çevrilirlər. Yuxarıda dediyimiz kimi 

bütün nümayəndələr parazit həyat keçirirlər, su bitkiləri, su 

heyvanları və yosunları üzərində yaşayırlar. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin