arakəsməli mitseli əmələ gətirir. Yetişmiş konidilər qopub
tullanaraq başqa milçək üzərinə düşür. Sonra həmin milçək
ölür və onun üzərində ağ keçəyə bənzər göbələk yığını əmələ
gəlir. Bu cinsin bəzi növləri təbiətdə həşəratları kütləvi surətdə
məhv edir. Odur ki, göbələklərdən zərərli həşəratlara qarşı
bioloji mübarizə kimi də istifadə edilir. Qurbağanın və
kərtənkələnin tullantılarından bu sıranın bazidiobolus növünə
təsadüf edilir. Göbələyin mitseliləri çoxhüceyrəli və
təknüvəlidir. Bazidiobolusun konididaşıyanının nəhayəti şişmiş
olur və onun da üzərində bir ədəd iri, dəyirmi formalı konidi
yerləşir. Mitseli üzərində ziqot əmələ gəlir. Bu hif içərisindəki
iki hüceyrə möhtəviyyatının qarışmasının məhsuludur.
Konidilər bölünüb 8 ədəd spor əmələ gətirir ki, bu sporlar da
bölünmə və tumurcuqlanma ilə çoxalır. Sonra bu hüceyrələr də
inkişaf edib mitseli konididaşıyan və konidi əmələ gətirir,
yenidən ziqiqamiya prosesi gedir. Bu göbələk Afrikada
insanların dərisi altında kapsulayabənzər (qranulomitoz)
xəstəliyi törədir.
Dostları ilə paylaş: