2.1.2. Qida elementlərinin göbələklərdə fizioloji-biokimyəvi rolu
Göbələk hüceyrəsi tərəfindən mənimsənilən kimyəvi ele-
mentlər, mühüm funksiyaların – tənəffüsün, böyümənin, inkiş-
afın, çoxalmanın və s. gedişində çox böyük rol oynayırlar.
Biokimyəvi tədqiqatlar göstərdi ki, qida elementləri ilk
növbədə, müxtəlif üzvi birləşmələrin tərkibinə daxil olur.
Tərkibində mineral elementlər olan üzvi birləşmələr isə yeni
xassələr kəsb edir, onların reaksiyaya girmək qabiliyyəti xeyli
artır. Bu baxımdan, katalitik aktivliyə malik olan zülallar –
fermentlər xüsusilə diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki,
elektrolitlərin hüceyrəyə təsiri, onların protoplazmaya ion təsiri
ilə əlaqədardır. Mineral elementlər, protoplazma kolloidlərinin
hidrofilliyini dəyişir. Digər tərəfdən, mineral elementlər (metal-
lar) üzvi birləşmələrlə tsiklik quruluşlu komlekslər – xelatlar
əmələ gətirir.
Beləliklə də, mineral elementlər bir sıra funksional
sistemlərin quruluş komponenti olmaqla yanaşı, həm də fer-
ment sistemlərinin də ya tərkib hissəsinə daxil olur, ya onların
kofaktoru rolunda iştirak edir.
Göbələklərin böyümə və inkişafı üçün zəruri olan
elementləri plastik (hüceyrənin quruluşuna daxil olanlar), funk-
sional (maddələr mübadiləsində iştirak edənlər) və enerji daşıy-
ıcıları (P, S və s.) kimi mühüm qruplara bölürlər. Lakin qeyd
etmək lazımdır ki, bu cür bölgü yalnız şərti xarakter daşıyır.
Belə ki, bir element iki və ya üç rolda çıxış edə bilər.
Makroelementlərdən karbon, oksigen, azot və hidrogendən
(orqanogen elementlər) sonra, göbələklərin böyümə və inkişafı
üçün daha mühüm elementlər kükürd və fosfordur.
Dostları ilə paylaş: |