10. ASİYANIN ƏRƏB ÖLKƏLƏRİ. Suriya və Livan.Birinci dünya müharibəsindən sonra Suriya, Livanda siyasi vəziyyət. Hicaz ordularının komandanı Feysəl əl-Haşiminin Suriyada fəaliyyəti. Suriya, Livanın ingilis-fransız orduları tərəfindən işğalı. Mandat sisteminin tətbiqi. Suriya və Livan iqtisadiyyatına fransız kapitalının axını. Xarici inhisarların ağalığı. Suriya və Livan əhalisinin Fransa müstəmləkə zülmünə qarşı mübarizəsi. 1925-1927-ci illər milli-azadlıq üsyanı. Suriya və Türkiyə arasında sərhəd münaqişələri.
Suriya və Livanda mandat rejimi əleyhinə mübarizənin güclənməsi. 1936-cı il Suriya-Fransa və Livan-Fransa müqavilələri.
İkinci dünya müharibəsi və Suriya və Livan ərazilərinin hərbi zona elan edilməsi. Suriya və Livan uğrunda İngiltərə-“Azad Fransa” rəqabətinin güclənməsi. “Böyük Suriya” və “Bərəkətli ay” layihələri və mahiyyəti. 1945-ci ildə Suriya və Livana müstəqillk verilməsinin BMT-nin müzakirəsinə çıxarılması.
İkinci dünya müharibəsindən sonra Suriyanın istiqlaliyyət qazanması. I Ərəb-İsrail müharibəsinin Suriyadakı proseslərə təsiri. Sovet İttifaqı ilə yaxınlaşma. Süveyş böhranına Suriyanın münasibəti. Birləşmiş Ərəb Respublikasının yaranması. Suriyanın BƏR-in tərkibindən çıxması.
1967-ci il müharibəsi və nəticələri.
70-80-ci illərdə H. Əsədin xarici siyasəti. 1973-cü il ərəb-İsrail müharibəsi və onun nəticələri. Suriyanın Fələstin probleminin həllinə münasibəti. Suriyanın Livanda siyasi təsirinin artması. Suriya ilə Misir arasında diplomatik əlaqələrin bərpa edilməsi.
XX əsrin 90-cı illərində Suriyanın beynəlxalq vəziyyəti. Suriya qoşunlarının Livandan çıxarılması. ABŞ-ın Suriyaya qarşı iqtisadi sanksiylar tətbiq etməsi. Suriya ərəblərarası münasibətlərdə. Suriyanın İsraillə sülh danışıqları.
“Ərəb baharı”-nın Suriya üçün nəticələri. “Vətəndaş müharibəsi” və böyük dövlətlərin mövqeyi. Suriya məsələsinin beynəlxalq əhəmiyyət kəsb etməsi. İŞİD terror təşkilatının Suriyanın hökumət qüvvələrinə qarşı hərbi əməliyyatları. Suriya uğrunda Rusiya –Qərb qarşıdurmasının güclənməsi. Suriyada Rusiyanın təsirinin artması. Suriya probleminin nizamlanması üzrə siyasi prosesin başlanması və Cenevrə danışıqları.
Livanın istiqlaliyyət qazanması. Əl-Hurı-Sülh iqtidarının xarici siyasəti. ABŞ və Qərb dövlətləri ilə yaxınlaşma. Livanin Eyzenhauer doktrinasına qoşulması.
K. Şamun hökumətinin xarici siyasəti. Şəhab-Kəramə hökumətinin xarici siyasətindəki dəyişikliklər. S. Franjyenin xarici siyasəti. Suriya hərbi qüvvələrinin Livana daxil olması. 1982-ci ildə İsrailin Livana müdaxiləsi və nəticələri. “Amal” və “Hizbullah” şiə təşkilatlarının Livanda fəaliyyəti. Taif müqaviləsi və onun mahiyyəti. Hizbullah təşkilatının Livanda fəaliyyətinin artması. 2006-cı ildə İsrailin Livana müdaxiləsi. Ölkədaxili siyasi böhran. Böyük dövlətlər Livanda maraqlarının toqquşması. “Ərəb baharı” və Livan.
İraq. Birinci dünya müharibəsindən sonra İngiltərənin İraqda müstəmləkə rejiminin bərpa etmək cəhdləri. İraqın ingilis mandat rejimi altında krallıq elan edilməsi. İngilislərə qarşı xalq kütlələrinin çıxışları. 1922-ci il Böyük Britaniya-İraq müqaviləsi və onun mahiyyəti. 1926-cı ildə İngiltərə ilə İraq arasında müttəfiqlik müqaviləsinin imzalanması. Nuri Səid hökumətinin ingilistpərəst siyasəti. 1930-cu il İngiltərə-İraq müqaviləsinin mahiyyəti. İngilis inhisarlarının İraqın neft sərvətlərini ələ keçirməsi. İraqın Millətlər Liqasına qəbulu. Səədabad paktı və İraq.
İraq İkinci Dünya müharibəsi illərində. 1941-ci ildə almanpərəst qüvvələr tərəfindən dövlət çevrilişi. İngilis ordularının Bağdada daxil olması.
Nuri Səid hökumətinin Böyük Britaniya yönlü siyasət yeritməsi. ABŞ-ın mövqeyinin möhkəmlənməsi. 1954-cü il ABŞ-İraq müqaviləsi. Bağdad paktının bağlanması və ərəb dövlətlərinin buna münasibəti. 1958-ci il 14 iyul çevrilişi və İraqın respublika elan edilməsi. Prezident Ə.S.Arifin xarici siyasəti. Kürd problemi.
İraqın regionda aparıcı dövlət olmaq iddiası. İran-İraq müharibəsi: səbəbləri, gedişi və nəticələri. İraqın Küveytə müdaxiləsi. “Səhrada tufan” hərbi əməliyyatı və İraq ordusunun məğlubiyyəti. İraq beynəlxalq sanksiyalar altında.
İraq hökumətinin nüvə sahəsində BMT-nin komissiyası ilə əməkdaşlıqdan imtina etməsi. ABŞ- İraq ziddiyyətləri. 2001-ci il hadisələrindən sonra İraqın beynəlxalq antiterror koalisiyasının hədəfinə çevrilməsi. ABŞ-ın və İngiltərənin İraqa 2003-cü ildə müdaxiləsi. S. Hüseyn hakimiyyətinin devrilməsi. Ərəb ölkələrinin mövqeyi.
“Ərəb baharı” və İraq. İraq ərazisində İŞİD terror təşkilatının yaranması və hökumət qüvvələrinə qarşı hərbi əməliyyatları. Qərbin gözləmə taktikası və İŞİD-in Mosulu tutması. İŞİD-ə qarşı beynəlxalq koalisyanın yaranması və onun fəaliyyəti ().