Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası



Yüklə 71,66 Kb.
səhifə8/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Asiya-Afrika proqram BDU

Şərqi Timor. Müstəqillik ərəfəsində Timorun siyasi və iqtisadi vəziyyəti. Şərqi Timorun müstəqillik əldə etməsi. İndoneziya işğalı: başlanması, gedişi, nəticələri. 1999-cu il referendumu və Şərqi Timorun müstəqillik əldə etməsi.
2006-cı il Şərqi Timor böhranı və onun nəticələri. Müasir dövrdə Şərqi Timorun daxili və xarici siyasəti (3,5,11,13,26,31,35,43).


5. HİNDİSTAN.
Birinci Dünya müharibəsindən sonar Hindistanın sosial-iqtisadi və siyasi vəziyyəti. Hindistanın idarə edilməsi sahəsində həyata keçirilmiş tədbirlər. Monteqyu-Çelmsford və Roulett qanunları. Amritsar qırğını. Hindistan Milli Konqresi və Müsəlman Liqası. M.Qandi.
Birinci mülki itaətsizlik kampaniyası: səbəbləri, başlanması, gedişi, nəticələri.
Hindistan 1930-1939-cu illərdə. İkinci mülki itaətsizlik kampaniyası: səbəbləri, başlanması, gedişi, nəticələri. Duz yürüşü. London «Dəyirmi masa»sı. «14 maddə». Qandi-İrvin paktı.
1935-ci il Konstitusiyası. Hindistanın idarə edilməsinə dair yeni qanun.
Hindistan İkinci dünya müharibəsi illərində.Hindistanın müharibəyə cəlb edilməsi. «Hindistanın müdafiəsi haqqında qanun». Üçüncü mülki itaətsizlik kampaniyasına cəhd. Krips missiyası. Ueyvell planı.
İkinci dünya müharibəsindən sonra İngiltərə hökumətinin dominion hüququ planı. Mauntbetten planı və onun mahiyyəti. Hindistan İttifaqı və Pakistan dominionlarının meydana gəlməsi.
Hindistanın bölüşdürülməsinin nəticələri. Həyata keçirilən tədbirlər. Etnik toqquşmalar. Kəşmir probleminin meydana gəlməsi.
1950-1960-cı illərdə xarici siyasətdə dinc yanaşı yaşamanın prinsipləri. İngiltərə və ABŞ-ın Hindistana münasibətdə yeritdikləri siyasət. Bandunq konfransı. Qonşu ölkələrlə münasibətlər. Çinlə sərhəd münaqişələri. Hindistan-Pakistan münaqişələri. Daşkənd Bəyannaməsi. Sosialist ölkələri ilə dostluq xəttinin qəbul edilməsi. Hindistan-SSRİ münasibətləri. 1971-ci il Hindistan-Pakistan müharibəsi: səbəbi, başlanması, gedişi, nəticəsi.
Müasir dövrdə Hindistanın xarici siyasəti. Hindistanın nüvə doktrinası və mahiyyəti. 1998-ci ildə yeraltı nüvə sınağının keçirilməsi. Xarici siyasətin əsas istiqamətləri. Regional əməkdaşlıq təşəbbüsləri. SAARK-ın yaradılması. Bloklara qoşulmamaq siyasətinin davam etdirlməsi. Müasir dövrdə Hindistan-Pakistan münasibətlərində gərginliyin qalması. Xarici ticarət əlaqələrinin inkişaf etdirilməsi.
Hindistanla Azərbaycan Respublikası arasında siyasi, diplomatik münasibətlərin, iqtisadi və mədəni əlaqələrin yaranması və inkişafı (3,5,11,26,31,35,43).



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin