Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix faküLTƏSİ Asiya və Afrika ölkələri tarixi kafedrası



Yüklə 71,66 Kb.
səhifə4/21
tarix06.04.2023
ölçüsü71,66 Kb.
#93915
1   2   3   4   5   6   7   8   9   ...   21
Asiya-Afrika proqram BDU

2. KOREYA VƏ MONQOLUSTAN.
a) Koreya. Birinci Dünya müharibəsindən sonra Koreyada yapon müstəmləkə rejimi. «Muxtariyyət şüarı» və onun mahiyyəti. Antiyapon mübarizəsinin yeni vüsət alması.
Koreya İkinci Dünya müharibəsi illərində. Müharibə illərində Koreya xalqının milli-azadlıq mübarizəsi. Koreyanın azad edilməsi.
Koreya 1945-1948-ci illərdə. Koreyanın müstəqillik əldə etməsi. Ölkə ərazisinin SSRİ və ABŞ qüvvələri tərəfindən işğalı. Koreyaya dair Moskva müşavirəsi və onun qərarları. Koreyanın iki işğal zonasına bölünməsi. Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikasının yaranması.
Koreya müharibəsi: səbəbləri, başlanması, gedişi, nəticələri. “Pxanmuncoм” barışığı və onun şərtləri.
Koreya Respublikasının xarici siyasəti. Ölkənin BMT-yə qəbul edilməsi. İki Koreya arasında birbaşa dialoqun başlanması. Koreyanın birləşdirilməsi və bərpası üzrə BMT Komissiyası: yaranması, fəaliyyəti, buraxılması. XX əsrin 90-cı illərində Koreya problemi ilə bağlı dördtərəfli danışıqlar. 2000-ci ilin Pxenyan görüşü və onun nəticələri. Koreyanın birləşdirilməsinə dair irəli sürülmüş planlar və onların mahiyyəti. XXI əsrin əvvəllərində KXDR ilə Koreya Respublikası arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində atılan addımlar.
Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi və iqtisadi münasibətlərinyaranması və inkişafı.
Koreya Xalq Demokratik Respublikasınınxarici siyasəti. Ölkənin BMT-yə qəbul edilməsi. Şimali Koreyanın nüvə proqramı.


b) Monqolustan. Birinci Dünya müharibəsindən sonra Monqolustanın sosial-iqtisadi və siyasi vəziyyəti. Xarici Monqolustanın Çin tərəfindən işğalı. Rusiyada baş verən siyasi proseslərin Monqolustana təsiri: ağqvardiyaçıların basqınları və inqilabın ixrac edilməsi cəhdləri. Monqolustan Xalq Partiyasının yaranması.
Monqol problemi Sovet-Çin münasibətlərində. SSRİ-MXR münasibətləri. Xalxin-Qol yaxınlığında Yaponiya qoşunları ilə münaqişə: səbəbi, başlanması, gedişi, nəticəsi.
Monqolustanın İkinci Dünya müharibəsinə qoşulması və hərbi əməliyyatlarda iştirakı. Müharibənin sonlarında imzalanmış SSRİ-Çin müqaviləsində MXR-in statusunun müəyyən edilməsi.
İkinci Dünya müharibəsindən sonra Monqolustanın sosial-iqtisadi və siyasi vəziyyəti. Ölkənin BMT-yə qəbul edilməsi. Y.Sedenbalın hakimiyyəti illərində MXR-nin beynəlxalq vəziyyəti.
Xarici investisiyaların cəlb edilməsi, azad iqtisadi zonaların yaradılması. Ölkənin beynəlxalq vəziyyəti: regional və qlobal əməkdaşlıq. Monqolustanın beynəlxalq təşkilatlarda iştirakı. Monqolustan və ÇXR
(3,5,11,13,26,31,35,36,43).


3. ÇİN.
Paris sülh konfransı və Çin. «4 may hərəkatı». 1921-1922-ci illər Vaşinqton konfransı və Çin. Çin-ABŞ münasibətləri. RSFSR-lə münasibətlərin yaxşılaşması. 1924-cü il Çinlə SSRİ arasında sazişin imzalanması.
I və II vətəndaş müharibələri dövründə Çinin xarici siyasəti. Çin-SSRİ münasibətləri. Xabarovsk protokolu. 1931-ci ildə yapon qoşunları tərəfindən Mancuriyanın işğalının başlanması. Yaponiyanın işğal edilmiş Mancuriya ərazisində oyuncaq «Mançjou-Qo» dövləti yaratması.
1937-ci ilin iyununda Yaponiya tərəfindən Çinə qarşı fəal hərbi əməliyyatların başlanması. Çinin işğalının genişlənməsi. II Yaponiya-Çin müharibəsinin birinci mərhələsi. Pekin və Tyanszinin işğal edilməsi. Hücum etməmək haqqında Çin-SSRİ müqaviləsi. Çin Respublikasının Xüsusi sərhəd rayonunun yaradılması. Çinin şərqində Yaponiyanın nəzarətinin qurulması. Çunsin hökuməti.
İkinci Dünya müharibəsinin başlanması və Çin hakimiyyət orqanlarının mövqeyi. Çin-Yaponiya müharibəsinin ikinci mərhələsi. Çinin İkinci Dünya müharibəsinə qoşulması. Müharibə illərində Çinin antihitler koalisiyasına daxil olan dövlətlərlə münasibətləri. 1945-ci il Çin-SSRİ müqaviləsi.
1946-1949-cu illər vətəndaş müharibəsi illərində Çinin xarici siyasəti. SSRİ və ABŞ-ın bu müharibədə siyasi planları.
XX əsrin 50-60-cı illərində Çinin xarici siyasəti. «İki Çin dövrü»nün başlanması. Tayvan məsələsi. SSRİ-Çin münasibətləri. Çinin Koreya müharibəsində iştirakı. Çin-ABŞ münasibətləri.
Xarici siyasətdə «özünütəcrid» siyasəti. Çinin beynəlxalq vəziyyətinin dəyişməsi. ÇXR-in beynəlxalq arenada rolunun artması. ÇXR-SSRİ münasibətləri. Çinin ABŞ və Yaponiya ilə yaxınlaşması. Vyetnama qarşı hərbi müdaxilə cəhdi. Xarici siyasətdə əsaslı dönüşün baş verməsi.
Soyuq müharibənin başa çatmasından sonra ÇXR-in xarici siyasətinin əsas istiqamətləri. Çinin əsas güc mərkəzlərindən birinə çevrilməsi. Rusiya-Çin münasibətlərinin yaxşılaşması. 90-cı illərin ikinci yarısında Çinin xarici siyasətdə əldə etdiyi uğurlar. Honkonq və Makao (Aomın) məsələləri. Tayvan problemi. Çin Xalq Respublikasının Avropa, Amerika, Asiya və Afrika ölkələri ilə münasibətləri. Çin-Yaponiya münasibətləri yeni müstəvidə. ASEAN ölkələri ilə əməkdaşlığın davam etdirilməsi. ÇXR – Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvüdür.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin yaranması və iki dövlət arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı (3,5,7,11,13,26,31,33,35,43).



Yüklə 71,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin