Kursun əsas vəzifələri: Kursda Asiya və Afrika ölkələrinin ən yeni dövrdə xarici siyasət problemlərinədiqqət yetirilmiş, ayrı-ayrı məsələlər üzrə lazım olan materiallar əhatə olunmuşdur. Proqram tədris planında nəzərdə tutulmuş saatlara uyğun şəkildə tərtib olunmuşdur.
Proqrama əlavə olunan ədəbiyyat siyahısı mənbələrdən, dərsliklərdən, ümumiləşdirilmiş tədqiqat əsərlərindən və internet resurslarından ibarətdir. Kafedranın tövsiyyəsi ilə tələbələr əlavə ədəbiyyatla da tanış ola bilərlər.
Kursun mənimsənilməsi nəticəsində tələbə bilməlidir:
- Asiya və Afrika ölkələri tarixi fənninin predmeti, başlıca anlayışları, mənbələr, dövri təsnifatı, tədqiqat metodlarını;
- Asiya və Afrika ölkələri tarixinin təşəkkül və inkişaf mərhələlərini;
- Asiya və Afrika ölkələrində baş verən tarixi proseslər, bu proseslərin səbəb və nəticələrini;
- Asiya və Afrika ölkələrinin beynəlxalq münasibətlər sistemində tutduqları mövqeyi və oynadışqları rolu.
Kursun mənimsənilməsi nəticəsində tələbə bacarmalıdır:
- Asiya və Afrika ölkələri tarixi fənninin predmetini və mənbələrini izah etməyi;
- Asiya və Afrika ölkələrinin yerləşdiyi əraziləri və bölgənin xalqlarının yerdəyişməsini xəritədə göstərməyi;
- Asiya və Afrika ölkələrində ən yeni dövrdə mövcud olmuş dövlətlərinin xarici siyasətinin əsas istiqamətlərini izah etməyi;
- Asiya və Afrika ölkələrinin beynəlxalq münasibətlər sistemində yeri və rolunu izah etməyi;
- Mühazirədən, mənbələrdən, elmi ədəbiyyatdan və internet resurslarından istifadə etməklə, Asiya və Afrika ölkələrində mövcud olan problemlər üzrə şifahi və yazılı nəticələr irəli sürməyi;
- Mənimsənilmiş bilikləri məntiqi və ardıcıl nümayiş etdirməyi.
Kursun mənimsənilməsi nəticəsində tələbə yiyələnməlidir:
- Elmi ədəbiyyatdan və internet resurslarından Asiya və Afrika ölkələrinin beynəlxalq münasibətlər sistemində yeri və rolu ilə bağlı olan problemlər üzrə material toplamaq vərdişinə;
- Tarix elminin, xüsusilə də Asiya və Afrika ölkələri tarixinin öyrənilməsi sahəsində müasir elmi terminologiyaya, auditoriya qarşısında çıxış etmək vərdişinə.
İPF-B25 «Asiya və Afrika ölkələri tarixi» fənni Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bakalavr pilləsində təhsil alan 3-cü kurs tələbələrin tədris planına daxildir və tələbələrə bir semestrdə 45 saat (30 saat mühazirə, 15 saat məşğələ) həcmində tədris olunur.
Bu kursun digər fənnlərlə əlaqəsi. “Asiya və Afrika ölkələri tarixi» kursu “Yaxın və Orta Şərq ölkələri tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, “Ümumi tarix” və s. fənnlərlə əlaqəlidir.
“Asiya və Afrika ölkələri tarixi»” kursunun saatlarının həcmi, mövzu və dərsin növü üzrə bölüşdürülməsi (əyani şöbə)
Dostları ilə paylaş: |