AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ
İxtisasın şifri və adı:
Arxiv işi və kargüzarlıq
F
ənnin şifri və adı :
(İPF-BO.1) Kargüzarlıq sənədlərinin tərtibi qaydaları
Müəllim:
Elnar
ə Kərimova
MÜHAZİRƏ TOPLUSU
1.Kargüzarlığın predmeti
İdarəetmə fəaliyyətinin əsasını və onun çevikliyinin təmin olunmasında mühüm
yerl
ərdən birini sənədləşdirmə və sənədlərlə işin təşkili tutur. Kargüzarlıq işinin təşkili
dövlət aparatında və xüsusi müəssisələrin fəaliyyətində sənədlərin yaranmasını, onların
üzərində işləmə qaydalarını, idarəetmə fəaliyyəti prosesində sənədlərin qəbulunun
t
əşkilini, icrasını və məlumatların uçotunun gedişini aydınlaşdırır. Hər fənnin predmeti,
prinsipi v
ə məqsədləri vardır. “Kargüzarlıq işinin təşkili” prinsipi müəssisələr, təşkilatlar,
idar
ələr və vətəndaşlar arasında sənədlərlə işin aparılması, sənədlərdən istifadə olunma
v
ə saxlanma qaydalarını təşkil edir. Sənədlərlə iş prosesi kortəbii şəkildə deyil, normativ
qanunlar çərçivəsində həyata keçirilir. Sənədlərlə iş hüquqi əsaslara cavab verməlidir.
Kargüzarlıq prosesində əmələ gələn hüquq münasibətləri aşağıdakı konkret vəzifələrin
icrası zamanı baş verir:
- s
ənədlərin hazırlanması və tərtib olunmasında;
- s
əlahiyyətli icraçı tərəfindən sənədləri vizalaşdırmada;
- t
əsdiq edilmiş xidməti sənədlərin icrası prosesinin gedişində;
- s
ənədlərin icrasına nəzarətdə;
- s
ənədlərin formalaşdırılmasında və saxlanmasında;
Viza n
ədir? Viza, bir dövlətin xarici nümayəndəlikləri və gömrük orqanları vasitəsilə
ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın
ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət
edil
ə biləcəyini göstərən yazılı icazə sənədidir.
B
əs “Viza” hardan alınır?
Vizalar s
əyahət ediləcək ölkənin
S
əfirliyin konsulluq şöbəsindən
Baş konsulluqdan və ya konsulluqdan alınır
B
əzi ölkələr , ştatdankənar baş konsulluqları vasitəsilə də viza verə bilər.
Viza müraciətində tələb olunan sənədlər ölkədən ölkəyə, səyahətin məqsədi və ya
müraciət edənin pasportunun növünə əsasən dəyişiklik göstərə bilər. Müvafiq
nümayəndəlikdən bu barədə məlumat əldə edə bilərsiniz.