Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə49/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
kulturologiya--muhazire-toplusu

İslam dini və elm 

İslam dini Quran və səhih hədislər ilə elmlərə üfüq açmış, möminləri bu 

üfüqlərdə  qanad  açmağa  təşviq  etmişdir.  Peyğəmbərlər  dini-mənəvi 

sahədə  olduğu  kimi,  maddi  sahədə  də  inkişaf  yollarına  qədəm  basan 

rəhbərlərdir.  Mədəniyyət  möcüzələrini  Cənabi-Allah  ilk  dəfə  onların  əli  ilə 

bəşərə  hədiyyə  etmişdir.  Hz.  Nuhun  (ə.s.)  bir  möcüzəsi  olan  gəmi,  Hz. 

Yusifin (ə.s.) bir möcüzəsi olan saat kimi. 



42 

 

Qurani-



Kərimdə  peyğəmbərlərin  möcüzələri  vasitəsilə  elmin  son 

nailiyyətlərinə işarələr edilmişdir. Məsələn: “Bəqərə” surəsində keçdiyi kimi, 

Hz. Musa (ə.s.) dövründə ölmüş bir insan müvəqqəti dirildilmişdir. Deməli, 

tibb  elə  bir  səviyyəyə  qədər  inkişaf  edə  biləcək  ki,  ölümə  belə  müvəqqəti 

həyat donu geydirmək imkanı olacaq. Peyğəmbərimiz (sallallahu əleyhi və 

səlləm)  də  bir  çox  hədislərində  elmin  son  nailiyyətlərinə  işarələr  etmişdir. 

Allah  Rəsulu  təqarübü-zaman  (vaxtın  sürətli  keçməsi)  dövrünün 

yaşanacağını  bildirmişdir.  Qarşıya  qoyulan  məqsədlə  onu  həyata  keçirmə 

arasında  olan  vaxtın  çox  daralacağını,  məsafələrin  qısalacağını,  hədəfə 

daha  tez  çatılacağını  bildirib  elmin  sürətlə  inkişafını  bəyan  etmişdir. 

Xüsusilə, rabitə və telekommunikasiya sahəsində güclü inkişafın olacağını 

əsrlər  əvvəl  xəbər  vermişdir.  Bunlardan  başqa,  Quranda  və  bir  çox 

hədislərdə  müasir  dövrdə  olmasa  da,  müxtəlif  elm  sahələrinin  gələcəkdə 

olacaq  inkişafına  və  onun  son  nailiyyətlərinə  işarələr  edilmişdir.  Çünki 

əsrlər  Onu  təsdiq  edir  və  dedikləri  bir-bir  üzə  çıxır.  Elm  maddi  aləmin, 

həyatın və xüsusilə, insanın necə var olduğunu araşdırır. Kainatda cərəyan 

edən ilahi qanunları tapıb üzə çıxarır. Bu qanunlar bəşəriyyətin elmi, texniki 

sahədə daha da inkişafına səbəb olur. Din isə kainatın və maddi aləmin nə 

üçün  yaradıldığını  və  Yaradanın  kim  olduğunu  bildirir.  Xüsusilə,  insanın 

məxluqlar  arasında  xüsusi  mövqeyini,  yaradılış  qayəsini  və  bu  dünyadakı 

vəzifəsinin  mahiyyətini  müəyyən  edir.  Bu  da  o  deməkdir  ki,  “elm”  və  “din” 

varlıq  aləminin  sirr  və  müəmma  qutularını  açan  iki  fərqli  açardır.  Biri 

məxluqatın yaradılış şəklini, maddi mahiyyətini izah edir, digəri də yaradılış 

səbəbini və qayəsini açıqlayır. Deməli, elmlə din bir-birinə zidd sahə deyil, 

əksinə,  onlar  bir-birini  tamamlayır.  Bundan  başqa,  din  daxili  mənbələrinə 

əsaslanıb  yaradılışın  başlanğıcı,  ölümdən  sonrakı  həyat  kimi  elmin  izah 

edə  bilməyəcəyi  məsələlər  haqqında  yol  göstərən  haqq  bələdçidir.  Elmin 

inkişafı  ilə  dinin  zəifləyəcəyini  zənn  edənlər,  hesab  edirik  ki,  böyük  səhvə 

yol  v

erirlər.  Elmin  atdığı  hər  yeni  addım,  hər  yeni  görüş  düşünən  bəşər 



övladını  dini  dəyərlərə  daha  da  yaxınlaşdırmış  və  Allahın  böyüklüyünü  bir 

az da yaxından göstərmişdir.

 

 

 




43 

 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin