52
dağıdıcı əməllərin qarşısını alır. Bizim pozitiv və nikbin ruhdan doğulan
şövqümüz yalnız bizi uğurlu əməllərə ilhamlandırır. Keyfiyyət və
müvəffəqiyyət əldə etmək üçün hər bir işi ağılla, vicdanla, məhəbbətlə
görmək lazımdır. Belə yanaşma ən mürəkkəb problemlərin həllinə doğru
biz
ə yol açır və qeyri-məhdud imkanları ortaya çıxarır. Vaxt və gərgin əmək
bizi addım-addım arzu edilən məqsədə gətirib çıxarır. İnsan ruhunun
m
ədəniyyəti və yaradıcı gücünün görkəmli rəmzlərindən biri olan İohan
Volfqanq Höte, özünün yekun fəlsəfəsi əsərində - “Faust” faciəsində
h
əyatın mənasının axtarışını təcəssüm etdirmişdir. Cəmiyyətin və mühiti
d
əyişmək iqtidarında olan qüvvəni o, - sxolastik elmə, meşşan əxlaqına və
ortodoksal dinin
ə qarşı müharibə elan etmiş insanda görürdü. Doktor
Faustun obrazında o, taleyə baş əyməyən, həqiqət axtaran, məhəbbət və
əsl azadlıq əldə etməyə can atan insana özünəməxsus himn yaratmışdır.
İnsanın uğurlu inkişaf və özünüidarə imkanlarını nəzərdən keçirən çoxlu
sayda müasir konsepsiyalar mövcuddur. Məsələn, Moskva İnsanın
Özünübərpası İnstitutunun rəhbəri, “qalib gəlmək məharəti” üzrə
mütəxəssis kimi tanınmış professor Mirzəkərim Norbəyov orqanizmin
sağlamlaşdırılması, cavanlaşdırılması və müvəffəqiyyət əldə etmənin
original sistemini yaratmışdır. Bu sistemin əsasını insanın – bədənin, ağlın,
hissl
ərin və qəlbin vahid tamı olaraq nəzərdən keçirilməsi təşkil edir.
İnsanın uğursuzluqları və ya onun fiziki xəstəlikləri “tarazlığın itirilməsinə”
g
ətirən bu sistemin bütövlüyünün pozulması kimi nəzərdən keçirilir. Əsas
ideya
– həm sağlamlıq, həm də uğur əldə etmək üçün lazım olan, pozitiv
enerji, pozitiv t
əfəkkür və nikbin əhval-ruhiyyədir. Ən ekstremal
situasiyalarda öz gücünə inanmaq, daxili müqaviməti dəf etmək, öz
üzərində inadla işləmək lazımdır. Bu psixoloji yanaşma insanın
sağlamlaşdırılmasının əsası kimi götürülür və “Millionerlər məktəbi”
kursunda istifad
ə edilir. Əsas ideya ondan ibarətdir ki, əgər insan çevrilməli
v
ə psixoloji olaraq “uğur oyununu oynamağa” başlamalıdır. Norbəyov
hesab edirdi ki,
əgər insan konkret varlanmaq məqsədi qoyursa, onda çox
qısa müddətdə buna nail olur. Özünüidarə mədəniyyəti öz düşüncələrinin
idar
ə edilməsindən başlayır. Öz şüurunu pozitiv düşüncələrə, xeyirxah
arzulara v
ə şüurlu əməllərə yönəldərək onu idarə etmək bacarığı – nikbin
dünyagörüşünü, “tunelin sonunda işığı görmək” qabiliyyətini, istənilən
situasiyada uğurlu sonluq gözləyərək həyata və onun müxtəlif hadisələrinə
pozitiv münasibət bəsləməyi nəzərdə tutur. Özünüidarə prosesində insan
iki d
əyişən amilin nüfuz dairəsində olur: şərait və şəxsi seçim. Seçim –
onun q
əbul etdiyi qərarlarıdır. Bu qərarlar mühüm rol oynayırlar və əgər
onlar şəxsiyyətin inkişafı üçün əlverişli deyillərsə, şəraiti dəyişə bilərlər və
53
d
əyişməlidirlər. Bunun üçün insana, bütövlükdə, şəxsiyyəti və onu əhatə
ed
ən aləmi dəyişməyə qadir olan, yüksək mədəniyyəti təşkil edən
m
əqsədyönlülük və möhkəm iradə, məntiq, biliklər, bacarıqlar, mütəşəkkillik
lazımdır. Blez Paskal deyirdi: “Öz həyatının mənasını bilməyən insanlara
yazıqlar olsun”. Məlum olduğu kimi, “bina kərpiclərlə hörülür”. Sofokl
deyirdi: “Böyük işlər bir dəfəyə görülmür”. Müvəffəqiyyətin əsasını yalnız öz
biliyini inkişaf etdirmək tələbatı və düzgün ifadə edilmiş məqsəd deyil, həm
d
ə biliklər, şüurlu fəaliyyət planı, effektiv texnologiyalar, gündəlik vicdanlı
əmək
və nəhayət, səbr, dözüm təşkil edir.