Kulturoloqların bir qismi bu zaman radikal təkliflərlə çıxış edirdilər. Onlar
cəmiyyət”ə uyğun olmadığını göstərdilər. Eyni zamanda da bildirirdilər ki,
46
işlənilməsini tələb edirdi. Çünki mədəniyyət siyasətinin yeni modeli mədəni
dəyərlərin yaradılması, yayılması və mənimsənilməsində avtoritar-partiya
idarəetmə metodlarını deyil, məhz ictimai tələbatı ehtiva edir. Göstərilən
amillər 90-ci illərin ikinci yarısında mədəniyyət siyasətinin tədqiqində və
modelləşdirilməsi sahəsində tədqiqatların aparılmasını şərtləndirdi. 2001-ci
ildə Azərbaycanın Avropa Şurasına daxil olması Azərbaycanda yeni
mədəniyyət siyasətinin işlənilməsini sürətləndirdi. Lakin Azərbaycan milli
mədəniyyət siyasəti barədə məruzə hazırlanan zaman bunun üçün nəzəri
və konseptual əsasların olmadığı özünü büruzə verdi. Misal üçün, həmin
problemlə 1996-cı ildə qarşılaşan Rusiyanın milli məruzəsinin çatışmayan
cəhətlərinə Avropa ekspertləri tərəfindən “keçid dövründə olan cəmiyyətdə
mədəniyyət siyasətini müəyyən etmək olduqca çətindir” qeyd olunaraq
bəraət qazandırılmışdır. 2000-ci ilin sonunda Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsi “Avropada mədəniyyət
siyasəti: əsas faktların xülasəsi və tendensiyalar” adlı birgə layihəni başa
çatdırdı. Həmin ilin sonunda Strastburqda Avropa Şurasının mədəniyyət
üzrə komitəsinin xüsusi iclasında üç cənubi Qafqaz Respublikasının
mədəniyyət nazirliklərinin görüşündə bu ölkələrdə yeni mədəniyyət
siyasətinə kömək və onu inkişaf etdirmək üçün STAGE (“Support for
Transition in the Arts in Greater Europe” – Böyük Avropada incəsənətin
keçidinə dəstək) regional proqramı təqdim olunmuşdur. Layihənin əsas
məqsədi hər üç dövlətə yeni və dinamik mədəniyyət siyasətinin inkişaf
etdirilməsi
və mədəni
mübadilənin
gücləndirilməsində
yardımın
göstərilməsindən ibarət idi. Layihənin əsas prinsipləri aşağıdakılardır:
mədəni özünəməxsusluğun, mədəni çeşidliyinin, yaradıcılığın, eləcə də
ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi. Bu
proqramın ən mühüm məsələlərindən biri mədəniyyət siyasəti üzrə milli
məruzənin yazılması idi ki, bununda əsas ideyası müxtəlif mədəniyyət
sahələrinin tam açılması, mədəniyyət siyasətinin əsas tendensiyalarının
aşkar
olunması,
onun
nailiyyətlərinin
və
çatışmazlıqlarının
qiymətləndirilməsindən ibarət idi.
Azərbaycanın mədəniyyət siyasəti üzrə xülasəsi Bonn mədəniyyət
siyasəti və müqayisəli tədqiqatlar institutunun saytında yerləşdirilmişdir.
STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət
siyasəti üzrə hazırlanan Milli məruzəsinin ətraflı şərhi Mədəniyyət
Nazirlyinin təşəbbüsü ilə 2003-cü ildə dərc olunmuş “Azərbaycan
Respublikasının Mədəniyyət Siyasəti” kitabında ətraflı şərh olunur.
Beləliklə, 2001-ci ilin sonlarında Mədəniyyət Nazirliyi yaxın beş ili əhatə
edən “Azərbaycan mədəniyyətinin dövlət inkişaf proqramı”nı işləyib
47
hazırlamışdır. Həmin proqramda Azərbaycanın dövlət mədəniyyət
siyasətinin strateji məqsədləri və əsas prioritetləri müəyyənləşdirilmişdir:
− Mədəni və tarixi irsin mühafizəsi;
− Yaradıcılığın dəstəklənməsi;
− Sahənin hüquqi, elmi, informativ inkişafı;
− Kadr hazırlığı və gənc istedadların dəstəklənməsi;
− Milli kinematoqrafiyanın dirçəlişi və inkişafı;
− Mədəniyyət turizmi infrastrukturunun yaradılması və inkişafı;
− Kitab nəşrinin inkişafı;
− Kitabxana və muzey sistemlərinin köklü sürətdə modernləşdirilməsi.
Avropa Şurasının Cənubi Qafqaz ölkələrində reallaşdırdığı regional
STAGE
layihəsi yeni mədəniyyət siyasətinin formalaşmasını dəstəkləməklə
yanaşı beynəlxalq əməkdaşlığın təcəssümüdür. Bu gün Azərbaycan
Respublikasında mədəniyyət siyasəti deyildikdə, müxtəlif sosial institutlar
tərəfindən işlənilən tədbirlər kompleksi nəzərdə tutulur ki, yaradıcı fəaliyyət
göstərən subyektin formalaşmasına, yaradıcılıq sahəsində şərtlərin,
sərhədlərin və prioritetlərin müəyyənləşdirilməsinə, yaradılan mədəni
dəyərlərin seçim prosesinin təşkil olunmasını və onların cəmiyyətin
ixtiyarına verilməsini şərtləndirir. Mədəniyyət siyasətinin subyektlərinə aid
edilir:
dövlət orqanları;
işgüzar strukturlar;
mədəniyyət xadimləri.
Qeyd olunmalıdır ki, mədəniyyət xadimləri mədəni siyasətində ikili rol
oynayırlar – eyni zamanda həm obyekt, həm də mədəniyyətin subyekti kimi
çıxış edirlər. Mədəniyyət obyektlərinə isə aiddir:
qeyd etdiyimiz kimi, mədəniyyət xadimləri;
mədəniyyət sahəsi;
mədəni dəyərlərin istehsalçısıvə istehlakıçısı olan cəmiyyət.
Azərbaycan Respublikasında tətbiq edilən mədəniyyət siyasəti
Fransa
da və keçmiş Sovet İttifaqında yayılan, mədəniyyət siyasətinin
“dördüncü” modeli adlandırılan strukturla eynilik təşkil edir.