Mövzu 14. Mədəniyyət və qloballaşma. Multikulturalizm
Öyrənməliyik:
M
ədəniyyət və qloballaşma;
B
əşəriyyətin qlobal problemləri;
Multikulturalizm;
Az
ərbaycanda multikulturalizm siyasəti.
B
əşəriyyətin inkişafının müasir mərhələsində qloballaşma onun
əsasını müəyyən edir. Bir çoxlarımız fərqinə varmasaq da, qloballaşmanın
t
əsirini və işarələrinihər gün həyatımızda görə bilərik. Qloballaşma
beyn
əlxalq münasibətlərin inkişafında ən mühüm xüsusiyətdir. Elmi
ədəbiyyatda 20-ci əsrin ikinci yarısından sonra dünya miqyasında baş
ver
ən prosesləri izah etmək üçün 1967-ci ildə ilk dəfə “qloballaşma”
terminind
ən istifadə edildiyi bildirilir. Qlobal sözü latınca qlobus, kürə
anlamını verir. Müasir anlamda termin kimi isə qloballaşma 1980-ci illərin
ortalarında işlənməyə başlamış və intellektual elita tərəfindən qəbul
olunmuşdu. Qloballaşma termininin meydana gəlməsi Harvard professoru
Teodor Leviti
n adı ilə bağlıdır. O, “Harvard biznes revyü” jurnalında çap
etdiyi “Bazarların qloballaşması” məqaləsində bu terminlə transmilli
korporasiyaların istehsal etdiyi ayrı-ayrı məhsulların bir-birinə qovuşması
prosesini izah etmişdir. “Qloballaşma” anlayışının akademik status kimi
yayılmasında amerikalı sosioloqun xüsusi rolu var. Qloballaşmanı yaradan
s
əbəblər müxtəlifdir. Bu faktorlardan ən başlıcası “Texnologiyanın təsirləri”
adlanır. İnformasiya texnologiyalarının inanılmaz sürətdə inkişafı “məsafə”
anlayışına mühüm təsir göstərib. Son illərin dəbdə olan ifadəsi ilə desək
“dünya kiçilib”. Əslində qloballaşma çox qədim dövrdən başlayaraq
n
əqliyyatın və rabitənin inkişafı nəticəsində bir-birindən təcrid edilmiş
xalqların ünsiyətə girməsindən başlamışdır. Min illərlə müxtəlif ideyalar,
inc
əsənət növləri və mədəniyyətlər müxtəlif xalqlar arasında dünyanın bir
yerind
ən başqa yerinə yayılmışdır. 1945-ci ildə atom bombasının
partladılmasından sonra Albert Eynşteyn demi.di ki, dünya XX əsrin
sonunda
əhəmiyyəti heç də az olmayan informasiya partlayışı ilə
üzləşəcək. Təsadüfi deyil ki, bu gün dünyanın ən zəngin insanlarından biri
m
əhz informasiya texnologiyalarını inkişaf etdirmiş Bill Qeytsdir.
Qloballaşma prosesi nəticəsində dünya vahid məkana çevrilir və bu
m
əkanda informasiya, məhsul və xidmətlər, kapital, ideyalar və onların
daşıyıcıları hərəkət edir.
Dostları ilə paylaş: |