və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və tarixdə geniş yer
almışdır. Şərq elmin, mədəniyyətin, ilk bəşəri dəyərlərin beşiyi olmuşdur.
dalğası özündən əvvəlki elmi nəaliyyətlərin, mədəni - mənəvi dəyərlərin
bəhrələnmiş və o, texnika və texnologiyanın sürətli inkişafı nəticəsində
12
yaşayırdı. Təsadüfi deyildir ki, bütün dinlər məhz ilk dəfə Şərqdə
yaranmışdır. Şərq mədəniyyəti təbiətə daha yaxındır. Şərq sivilizasiyası
üçün maddi və mənəvi dəyərlər mənimsəmək, ümumi tabelik, dövlətdə,
icmada, ailədə başçının qəbul edilməsi şəraitində onların istehsalı
xarakterikdir. İnsanın sözə baxan, xeyirxah, ləyaqətli kimi formalaşması
şərq ölkələri adamının bütün həyat tərzinə möhürünü vurmuşdur. Bu, həm
də mədəniyyət və onun mənimsənilməsi üsullarına da öz təsirini
göstərmişdir. Şərq musiqisində, rəssamlığında, ədəbiyyatında, elmində,
ayinlərində, adət ənənələrində təbiətdən əxz olunma, təbiətdən
bəhrələnmə daha güclüdür. Təbiətin mahiyyətinə daha yaxın olan, Şərq
psixologiyasına, ahəng, harmoniya qanunlarına daha uyğun olan İslam dini
gücləndikcə müsəlman xalqları daha ön mövqeyə çıxmağa başladilar.
İslamın yayıldığı ilk beş əsrdə onun əhatə etdiyi ölkələrdə dünyəvi elmlər
sahəsində böyük sıçrayışlar baş verdi. Orta əsrlərdə daha mütəşəkkil, çevik
olan türklər Şərq mədəniyyətinə, ümümiyyətlə dünya sivilizasiyasına liderlik
etməyə başladilar. Bu zaman artiq Qərb aləmi də nəhəng bir sistem kimi
formalaşaraq özünü Yer üzünün digər tərəfinin sahibi kimi göstərməyə
başladı. Şərq artiq hiss etdi ki, Yer üzü artıq əvvəlki Yer üzü deyildir. Şərq,
ilk növbədə türklər, Yer üzündə yaranmış yeni sistemi öz təsir dairələrinə
salmaq üçün mübarizəyə başladılar. Amma Şərq bu mübarizəyə, bu
potensiala malik deyildi. Onun elmi, m
ədəniyyəti, siyasəti bu gücə malik
deyildi. Dig
ər tərəfdən, müxtəlif səbəblər üzündən mövcud potensialın özü
də zəifləməyə başlayırdı. Quranın, dünyəvi elmlərin mahiyyətinin lazımınca
dərk olunmaması səbəbindən, müxtəlif hökmdarların, siyasətçilərin təsiri
altında yeni yaranan dini təriqətlər, dünyagörüşləri İslam mədəniyyətinin
harmonik inkişafına mane olmağa başladı. Sosial amillərin rolu lazımi
şəkildə qiymətləndirilməməyə başlandı. Beləliklə artiq XIV əsrdə Yer
üzündə elə bir şərait yarandi ki, Yer üzünü bir sistem kimi idarə etmək
sahəsində bir ideoloji, elmi, mədəni boşluq yarandı.. Əsrlər boyu Yer
üzünün lokomotivi rolunu oynayan Şərq dünyagörüşü şaşırdı, özünü itirdi
və gözləməmövqeyinə keçməyə məcbur oldu.
Qərb sivilizasiyası təkhakimiyyətliyin təsirinə az məruz qalmışdır. O,
daha çox fəal surətdə elmin, incəsənətin və siyasətin təsiri altında
dəyişmişdir. Qərb sivilizasiyası üçün texnika və texnologiyanın surətli
inkişafı, predmet dünyasının və adamların sosial əlaqəsinin surətlə
dəyişməsi xarakterikdir.
Qərbdə insanlar cəmiyyət, ölkə, dövlət kimi
f
ormalaşanda Şərq artıq çox inkişaf etmişdi. Şərq mədəniyyəti
formalaşarkən onun üçün ən qüdrətli varlıq günəş idisə, Qərb mədəniyyəti
formalaşanda günəşlə onun arasında bir Şərq qüdrəti də vardı. Qərbli,
13
uzun illər boyu təbiətin səxavəti, dünyadakı sərbəstliyi hesabına romantika,
xəyallar aləmində formalaşmış şərqlidən fərqli olaraq daha real amillərin
təsiri altinda, Yer qayğıları ilə, sosial həyatın sərt tələbləri ilə üz–üzə olaraq
formalaşırdı. XV əsrdən başlayaraq, Qərb mədəniyyətinin inkişafı üçün
mühüm tarixi şərait yarandı. Amma öz mahiyyəti etibarı ilə də Qərb
mədəniyyəti Yer üzünü tamamilə dərk etmək gücündə deyildi. Qərb
mədəniyyəti öz mahiyyətinə uyğun olaraq daha çox praktik, praqmatik
dəyərlərə üstünlük verməyə başladi. Artiq praktik elm sahələri daha sürətlə
inkişaf etməyə başladı. Elmdə harmoniklik yox, praktiklik prinsipləri
üstünlük qazandi. Elm sahələri daha çox biri-birindən təcrid olunmağa, biri-
birini nəzərə almadan formalaşmaq yolunu seçdi. Şərq elmindən
bəhrələnərək və bu bəhrələnməni gizlədən, bir çox hallarda bu elmin
incəliklərini axıra qədər dərk etməyən Qərb elmi bir plagiatlıq və
məhdudluq özülləri üzərində, nöqsanlı olaraq formalaşdı. Bu nöqsanlı özül
üzərində qurulan, sürətlə inkişaf edən dünyəvi elmlər Qərb mədəniyyətinin
formalaşmasında olduqca fəal rol oynadı. Yer qayğılarına daha çox önəm
verən Qərb mədəniyyəti özünü məişətdə, texnikada göstərməyə başladı.
Mənəviyyat amilləri arxa plana keçməyə məcbur oldu. XVI əsrdə yaşamış
İtalyan siyasətçisi Nikkolo Makiavellinin (1469 - 1527) “Məqsədə çatmaq
üçün istənilən addım məqbuldur!” ideyası sürətlə bütün Qərb aləminin
iliyinə,
sümüyünə
yeriməyə,
bu
mədəniyyətin
xarakterini
müəyyənləşdirməyə başladı. Utilitarlıq (öz mənafeyini güdmə), bazar
munasibətləri həlledici amillər kimi ortaya çıxdı. XVII əsrdən başlayaraq
qərbdə (C. Lokk, A. Smit, Ş. Monteskye və s. alimlərin təlimləri ilə )
liberalizm ideyaları geniş yayılmağa başladı Şərq və Qərb sivilizasiyaları öz
aralarında qarşılıqlı təsir göstərirdi. Bu qarşılıqlı təsir nəticəsində öz
mədəniyyəti əsasında yeni mədəniyyəti mənimsəyən müxtəlif “hibrid”
cəmiyyətlərin yaranması mühüm rol oynamışdır. Bu gün Qərb “inkişaf etmiş
ölkələr”in sinonimidir. Bu əlamətə əsasən bəzi politoloqlar Yaponiyanı
Qərbə aid edirlər ki, bu qətiyyən düzgün deyildir. Qərb ölkələri ilə ümumi
texnoloji bazaya malik olmasına baxmayaraq, Yaponiya hətta ümumbəşəri
dəyərlərin mənimsənilməsi baxımından belə Şərq sivilizasiyası ölkəsi
olaraq qalmaqdadır.
Dostları ilə paylaş: