Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci


Mövzu 4. Mədəniyyət – təbiət, şəxsiyyət



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə19/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
kulturologiya--muhazire-toplusu

Mövzu 4. Mədəniyyət – təbiət, şəxsiyyət 

Öyrənməliyik: 

  M



ədəniyyət və Təbiət; 

  M



ədəniyyət və Şəxsiyyət; 

 

Şəxsiyyəti formalaşdıran universal faktorlar. 



Təbiət - Kortəbii şəkildə inkişaf edən mədəniyyət əgər şüurlu qaydada 

təkmilləşmirsə, özündən sonra boşluq yaradır. İnsanın təbiət üzərindəki hər 

bir  qələbəsi  onun  sivilizasiyaya  etdiyi  ziyanla  eyni  olur.  Z.Freyd  təbiətin 

insanlara  yönəldilmiş  əzəmətli,  qorxunc  gücünə  qarşı  qüvvələri  bir  yerə 

toplayaraq  ona  qarşı  mübarizəsini  vacib  məsələlərdən  biri  hesab  edirdi. 

Məhz  bunu  nəzərə  alaraq  görkəmli  alim  yazırdı:  “Mədəniyyətin  başlıca 

vəzifəsi,  onun  həqiqi  əsası  –  bizi  təbiətdən  qorumaqdır”.  Antropologiya 

elminin  təxmini  hesablamalarına  görə  canlı  orqanizm  kimi  insan  bir  çox 

milyon illər əvvələ təsadüf edirsə, onun “mədəniyyət” anlayışı yarımmilyon 

illik tarixə təsadüf edir. Tanınmış kulturoloq-alim N.A.Berdyayev bu zaman 

kəsiyində insanın təbiətə olan münasibətlərinin dörd mərhələsini təsnif edir: 

 

insanın təbiətə yüklənməsi; 



 

təbiətdən qopma, təbiətə qarşıdurma və onunla mübarizə

 

təbiəti mənimsəmək üçün ona müraciəti; 



 

təbiətin mənən bərpası. 

Freydin fikirləri sözsüz ki, Berdyayev sxeminin 2 və 3-cü müddəalarını 

nəzərdə  tutur.  Mədəniyyət  və  təbiət  arasındakı  qırılmaz  vəhdətin  şərhi 

görkəmli  rus  təbiətşünası  V.İ.Vernadskiyə  (1863-1945)  aiddir.  Alimin  ən 

böyük nailiyyəti ondan ibarət idi ki, o, dünyanı həm təbiətşünaslıq, həm də 

humanitar  elmlərin  vəhdəti  əsasında  şərh  edir.  Bununla  o,  kulturologiyanı 

hərtərəfli elm kimi izah etməyə çalışaraq insanın taleyini təbiət və kosmosla 

vəhdətdə  təsvir  edir.  Müasir  kulturologiya  üçün  onun  gətirdiyi  yenilik 

noosfer (yunanca 

– “noos” – zəka, əql, “sfera” – kürə) haqqındakı təlimdir. 

“Noosfer”  terminini  ilk  dəfə  elmə  fransız  alimləri  E.Lerua  və  P.Teyar  de 

Şarden  tərəfindən  gətirildiyinə  baxmayaraq  Vernadski  onun  təlimini 

yaratmışdır. Belə ki, o, noosferi əqlin kürəsi adlandırmaqla biosferin davamı 

və ali forması kimi izah edir. Şardenə görə, Yer özünün təkamülündə dörd 

mühüm  mərhələni  keçmişdir:  həyatdan  əvvəlki  dövr  (“litosfer”),  həyat 

(“biosfer”),  düşüncə  (“noosfer”)  və  nəhayət,  fövqəlhəyat  (ilahi  aləm). 

Sonu

ncu mərhələ insanın Allahla vəhdətini, birləşməsini əhatə edir. 



Şəxsiyyət  sözü  latınca  “persona”  ifadəsindən  əmələ  gəlmişdir. 

Şəxsiyyəti  formalaşdıran  proses  tarix  boyu  müxtəlif  filosof,  bioloq, 

antropoloqlar  tərəfindən  tədqiq  edilib.  Z.Freydin  şəxsiyyət  anlayışına 

baxışları  əsasən  antropoloji  və  bioloji  baxımdan  qiymətləndirilərək  hər  bir 




16 

 

fərdin  öz  daxilindən  gələn  gücün  vasitəsilə  şəxsiyyətə  çevrilməsi  ideyası 



nəzəriyyəsində  dayanmışdır.  İnsanlar  təkcə  gözlərinin  rənginə,  səslərinin 

tembrinə,  barmaq  izlərinə  və  s.  görə  deyil,  şəxsiyyətlərinin 

xarakteristikasına  görə  də  bir-birlərindən  fərqlənirlər.  İnsanları  gözlərinin 

rənginə,  səslərinin  tembrinə  və  ya  digər  biofiziki  xüsusiyyətlərinə  görə 

şəxsiyyət  kimi  xarakterizə  etmək  olduqca  çətindir.  Şəxsiyyət  anlayışı 

mürəkkəb anlayışdır. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin