Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə53/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
kulturologiya--muhazire-toplusu

M

ədəniyyət  siyasəti  –  XX  əsrin  80-90-ci  illərində,  Azərbaycan 

sove


tlər  məkanının  tərkibi  hissəsi  olduğu  dövrdə,  “yenidənqurma”nın 

kuliminasiya  nöqtəsi  dövründə  mədəniyyət  siyasəti  aparıcı  mövzulardan 

birinə  çevrilmişdir.  Həmin  mərhələdə  Sovet  İttifaqının  Kommunist 

Partiyasının  “yenidənqurma”  rəhbərliyi,  Avropadan  nümunə  götürərək, 

mədəniyyət  siyasətinə  maraq  göstərirdi.  Burada  mədəniyyət  siyasəti 

partiyanın  mədəni  konsepsiyalarının  reallaşdırılması  kimi  dərk  olunurdu. 

Kulturoloqların  bir  qismi  bu  zaman  radikal  təkliflərlə  çıxış  edirdilər.  Onlar 

göstərilən  konsepsiyanın  və  ondan  irəli  gələn  siyasətin  “demokratik 

cəmiyyət”ə  uyğun  olmadığını  göstərdilər.  Eyni  zamanda  da  bildirirdilər  ki, 

mədəniyyət olduqca azad və müstəqil bir hadisə olduğundan hər hansı bir 

siyasi təzyiqdən sərbəst formada inkişaf etməlidir. Mədəni-siyasi problemlər 

geniş  diapozonda  tədqiq  edilirdi  —  mədəniyyət  siyasətinin  fundamental 

nəzəri problemlərdən tutmuş onun modellərinin işlənilməsinə qədər. 1985-

1991-


ci  ildə  postsovet  ölkələrində,  o  cümlədən  də  Azərbaycanda  da  baş 

verən  dəyişikliklər  mədəniyyət  siyasətinin  nəzəri  əsaslarının  yenidən 




46 

 

işlənilməsini tələb edirdi. Çünki mədəniyyət siyasətinin yeni modeli mədəni 



dəyərlərin  yaradılması,  yayılması  və  mənimsənilməsində  avtoritar-partiya 

idarəetmə  metodlarını  deyil,  məhz  ictimai  tələbatı  ehtiva  edir.  Göstərilən 

amillər  90-ci  illərin  ikinci  yarısında  mədəniyyət  siyasətinin  tədqiqində  və 

modelləşdirilməsi sahəsində tədqiqatların aparılmasını şərtləndirdi. 2001-ci 

ildə  Azərbaycanın  Avropa  Şurasına  daxil  olması  Azərbaycanda  yeni 

mədəniyyət  siyasətinin  işlənilməsini  sürətləndirdi.  Lakin  Azərbaycan  milli 

mədəniyyət  siyasəti  barədə  məruzə  hazırlanan  zaman  bunun  üçün  nəzəri 

və  konseptual  əsasların  olmadığı  özünü  büruzə  verdi.  Misal  üçün,  həmin 

problemlə  1996-cı  ildə  qarşılaşan  Rusiyanın  milli  məruzəsinin  çatışmayan 

cəhətlərinə Avropa ekspertləri tərəfindən “keçid dövründə olan cəmiyyətdə 

mədəniyyət  siyasətini  müəyyən  etmək  olduqca  çətindir”  qeyd  olunaraq 

bəraət  qazandırılmışdır.  2000-ci  ilin  sonunda  Azərbaycan  Respublikasının 

Mədəniyyət  Nazirliyinin  mədəniyyət  siyasəti  şöbəsi  “Avropada  mədəniyyət 

siyasəti:  əsas  faktların  xülasəsi  və  tendensiyalar”  adlı  birgə  layihəni  başa 

çatdırdı.  Həmin  ilin  sonunda  Strastburqda  Avropa  Şurasının  mədəniyyət 

üzrə  komitəsinin  xüsusi  iclasında  üç  cənubi  Qafqaz  Respublikasının 

mədəniyyət  nazirliklərinin  görüşündə  bu  ölkələrdə  yeni  mədəniyyət 

siyasətinə  kömək  və  onu  inkişaf  etdirmək  üçün  STAGE  (“Support  for 

Transition  in  the  Arts  in  Greater  Europe”  –  Böyük  Avropada  incəsənətin 

keçidinə  dəstək)  regional  proqramı  təqdim  olunmuşdur.  Layihənin  əsas 

məqsədi  hər  üç  dövlətə  yeni  və  dinamik  mədəniyyət  siyasətinin  inkişaf 

etdirilməsi 

və  mədəni 

mübadilənin 

gücləndirilməsində 

yardımın 

göstərilməsindən  ibarət  idi.  Layihənin  əsas  prinsipləri  aşağıdakılardır: 

mədəni  özünəməxsusluğun,  mədəni  çeşidliyinin,  yaradıcılığın,  eləcə  də 

ölkənin  mədəni  həyatında  bütün  təbəqələrin  iştirakının  dəstəklənməsi.  Bu 

proqramın  ən  mühüm  məsələlərindən  biri  mədəniyyət  siyasəti  üzrə  milli 

məruzənin  yazılması  idi  ki,  bununda  əsas  ideyası  müxtəlif  mədəniyyət 

sahələrinin  tam  açılması,  mədəniyyət  siyasətinin  əsas  tendensiyalarının 

aşkar 

olunması, 



onun 

nailiyyətlərinin 

və 

çatışmazlıqlarının 



qiymətləndirilməsindən ibarət idi. 

Azərbaycanın  mədəniyyət  siyasəti  üzrə  xülasəsi  Bonn  mədəniyyət 

siyasəti  və  müqayisəli  tədqiqatlar  institutunun  saytında  yerləşdirilmişdir. 

STAGE  layihəsi  çərçivəsində  Azərbaycan  Respublikasının  mədəniyyət 

siyasəti  üzrə  hazırlanan  Milli  məruzəsinin  ətraflı  şərhi  Mədəniyyət 

Nazirlyinin  təşəbbüsü  ilə  2003-cü  ildə  dərc  olunmuş  “Azərbaycan 

Respublikasının  Mədəniyyət  Siyasəti”  kitabında  ətraflı  şərh  olunur. 

Beləliklə,  2001-ci  ilin  sonlarında  Mədəniyyət  Nazirliyi  yaxın  beş  ili  əhatə 

edən  “Azərbaycan  mədəniyyətinin  dövlət  inkişaf  proqramı”nı  işləyib 



47 

 

hazırlamışdır.  Həmin  proqramda  Azərbaycanın  dövlət  mədəniyyət 



siyasətinin strateji məqsədləri və əsas prioritetləri müəyyənləşdirilmişdir: 

− Mədəni və tarixi irsin mühafizəsi

− Yaradıcılığın dəstəklənməsi; 

Sahənin hüquqi, elmi, informativ inkişafı; 

− Kadr hazırlığı və gənc istedadların dəstəklənməsi; 

− Milli kinematoqrafiyanın dirçəlişi və inkişafı; 

− Mədəniyyət turizmi infrastrukturunun yaradılması və inkişafı; 

− Kitab nəşrinin inkişafı; 

− Kitabxana və muzey sistemlərinin köklü sürətdə modernləşdirilməsi. 

Avropa  Şurasının  Cənubi  Qafqaz  ölkələrində  reallaşdırdığı  regional 

STAGE 

layihəsi yeni mədəniyyət siyasətinin formalaşmasını dəstəkləməklə 



yanaşı  beynəlxalq  əməkdaşlığın  təcəssümüdür.  Bu  gün  Azərbaycan 

Respublikasında  mədəniyyət  siyasəti  deyildikdə,  müxtəlif  sosial  institutlar 

tərəfindən işlənilən tədbirlər kompleksi nəzərdə tutulur ki, yaradıcı fəaliyyət 

göstərən  subyektin  formalaşmasına,  yaradıcılıq  sahəsində  şərtlərin, 

sərhədlərin  və  prioritetlərin  müəyyənləşdirilməsinə,  yaradılan  mədəni 

dəyərlərin  seçim  prosesinin  təşkil  olunmasını  və  onların  cəmiyyətin 

ixtiyarına  verilməsini  şərtləndirir.  Mədəniyyət  siyasətinin  subyektlərinə  aid 

edilir: 


 

dövlət orqanları; 



 

işgüzar strukturlar; 



 

mədəniyyət xadimləri. 



Qeyd  olunmalıdır  ki,  mədəniyyət  xadimləri  mədəni  siyasətində  ikili  rol 

oynayırlar – eyni zamanda həm obyekt, həm də mədəniyyətin subyekti kimi 

çıxış edirlər. Mədəniyyət obyektlərinə isə aiddir: 

 



qeyd etdiyimiz kimi, mədəniyyət xadimləri; 

 



mədəniyyət sahəsi; 

 



mədəni dəyərlərin istehsalçısıvə istehlakıçısı olan cəmiyyət. 

Azərbaycan  Respublikasında  tətbiq  edilən  mədəniyyət  siyasəti 

Fransa

da  və  keçmiş  Sovet  İttifaqında  yayılan,  mədəniyyət  siyasətinin 



“dördüncü” modeli adlandırılan strukturla eynilik təşkil edir. 

 

 




48 

 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin