Mövzu 13. Gender mədəniyyəti. Ailə mədəniyyəti. Mədəniyyət
siyas
əti
Gender m
ədəniyyəti;
Gender n
əzəriyyəsi və Gender siyasəti;
Ail
ə mədəniyyəti;
Ail
ənin formaları;
M
ədəniyyət siyasəti.
Gender m
ədəniyyətinin inkişafı hüquqi dövlət və demokratik
c
əmiyyətlərin mədəni inkişafının strateji istiqamətlərindən biridir. Gender
m
ədəniyyəti kişi ilə qadın arasında şəxsiyyətlərarası münasibətləri, ailə və
ictimai institutların qarşılıqlı təsirini səciyyələndirən sosial münasibətlərin
inkişafda olan sistemidir. Gender sosial-mədəni anlayış olmaqla yanaşı,
şəxsiyyət və cəmiyyətin yüksək etik mədəniyyəti ilə sıx bağlıdır. O, kişi və
qadın arasındakı bioloji fərqlərlə yanaşı, mental, emosional, təfəkkür və
davranış fərqləri, həyatda onların sosial rollarının bölünməsi haqqında
t
əsəvvür yaradır. Əgər genderin bioloji göstəriciləri cinslə əlaqadadırsa,
sosial-m
ədəni göstəricilər insanların mədəniyyəti, tərbiyəsi, xarakteri,
psixologiyası, sosial mühiti, maraqları və peşəsi ilə bağlıdır. Gender bu və
dig
ər xalqın milli-mədəni dəyərlər sistemi ilə şərtlənən kişi-qadın
münasibətlərinin şəxsi və ictimai səviyyədə sosial-mədəni modeli kimi
t
əzahür olunur. Demokratik dövlətdə gender mədəniyyəti dövlət və
c
əmiyyətin idarə edilməsi, ictimai münasibətlərin tənzimlənməsinin mühüm
al
ətidir. Gender milli və sosial mədəniyyətin inkişafında pozitiv
sinergetikanın mühüm vasitələrindən biri kimi, sosial tarazlığın
yaranmasına təsir göstərir. Cəmiyyətdə bərabər hüquqi münasibətlər
formalaşdırılması, cəmiyyətin rifah və davamlı inkişaf tələblərinə cavab
ver
ərək, insanların sosial fəallığını artırır, şəxsiyyətin ahəngdar inkişafı və
özünütəkmilləşdirməsinə şərait yaradır. Cəmiyyətdə kişi və qadının sosial-
m
ədəni rolu və onların qarşılıqlı mədəni münasibətləri, çox zaman, xalqın
sosiallaşmasının tarixi sistemi, davranış-düşüncə streotipləri və mədəni
ənənələrlə müəyyən edilir.
Dostları ilə paylaş: |