Mövzu 15. Özünüidarə mədəniyyəti
Öyrənməliyik:
Özünüidarə mədəniyyəti;
Öz “Mən”ini idarəetmə.
Özünüidarə mədəniyyəti - İnsan üçün onun yüksək mədəniyyətli
insan kimi q
əbul edilməsindən yuxarı qiymətləndirmə yoxdur və ola da
bilm
əz. Yer üzünün hansı nöqtəsində olsa da, insanın ruhi mədəniyyəti –
onun d
əyər meyarıdır. Bu keyfiyyət nə milli, nə dini mənsubiyyətindən asılı
deyil. Bu genetika, t
əhsil və tərbiyə məcmusudur. Qismən insanın irqi, cinsi,
yaşı, etnosu və yaşayış yerindən asılı olan, millidən və dindən yuxarı
meyardır. Bütün dünyada insanın bundan yüksək dəyər meyarı yoxdur.
Bizim insani d
əyərimiz tutduğumuz vəzifə ilə deyil, mədəniyyətimizin,
bilikl
ərimizin, həyata keçirdiyimiz fəaliyyətimizin və onun nəticələrinin
əhəmiyyəti ilə müəyyənləşdirilir. Bununla bərabər keçmiş xidmətlərimiz
hazırkı səmərəsizliyimizə bəhanə ola bilməz, çünki insan hər vaxt
yüksəlməli və inkişaf etməli, özü üçün imkanlar açmalı, gələcəyi görməyə
v
ə onu qurmağa qadir olmalıdır. Mədəni insan daim təkmilləşməyə, öz
h
əyat və fəaliyyət texnologiyalarını yaxşılaşdırmağa, yeni ideyalar
yaratmağa və uğur üçün yeni imkanlar yaratmağa can atmalıdır. İnsan
haqqında sözlərinə görə deyil, əməllərinə görə fikir yürüdürlər. Belə ki,
Demosfen h
ər bir əməlsiz sözü dəyərsiz və boş adlandırırdı. İnsanları şəxsi
h
əyat fəaliyyəti nümunəsi ilə inandırmaq lazımdır. Başqalarına təsir
göstərmək üçün şəxsi nümunəsi ilə əməllərində özünün inamını və
h
əqiqiliyini təsdiq edərək, onları ruhlandırmaq lazımdır. Bizim sözlərimizin
ən yaxşı inandırıcılıq vasitəsi fəaliyyətimiz və tərəfimizdən əldə olunan
n
əticələrdir. İnsan özündə təbii eqoizmi şüurlu surətdə idarə etməyi
bac
armalıdır. Çünki ifrat eqoizm, başqalarının tələbatlarına etinasızlıq
göstərərək, daxili, ruhi sakitliyin yoxluğu ilə nəticələnir. Nizami Gəncəvi
deyirdi: “İnsanlar üçün xeyirli olmağa çalış”. Başqalarına qarşı özünə
olduğun kimi münasibət göstərmə, ətrafdakıların uğurunu anlama və həqiqi
maraqlılıq, insanlara ehtiyacında olduğunu verməyə can atmaq, onlar
t
ərəfindən inam və xeyirxahlıq doğurur, bizə kömək etmək, bizimlə dostluq
v
ə əməkdaşlıq etmək arzusuna səbəb olur.
Dostları ilə paylaş: |