Elm və dinin qarşılıqlı əlaqəsi - Dinlə doğru elm bir həqiqətin iki fərqli
üzü kimidir. Din insanı doğru yollarda gəzdirir və əbədi xoşbəxtliyə doğru
aparır. Məqsədi və hədəfi müəyyən olan elm isə bir məşəl kimi bu yollarda
onun önünü işıqlandırır.
Allah-
Təala insan, varlıq və Yaradan haqqında doğru məlumat vermək
üçün peyğəmbərlər göndərmişdir. Fövqəladə və xüsusi fitrətə sahib olan bu
müstəsna insanların Allahla xüsusi münasibətləri vardır. Varlığın pərdə
önü, pərdə arxası (görünən və görünməyən aləmlər) məna və mahiyyəti ilə
bağlı ən doğru şərhləri və açıqlamaları onlar vermişlər.
Bəli, bu gün müasir elmlərin irəli sürdüyü nə qədər məlumatlar var ki,
onları hələ çox əvvəllər xülasə şəklində peyğəmbərlər vəhyə əsaslanıb,
batini elm ilə ortaya qoymuşlar. Bu gün müasir laboratoriyalar və inkişaf
etmiş texnologiyalarla işləyən araşdırma mərkəzləri peyğəmbərlərin irəli
sürdüyü həqiqətləri necə izah etməsindən asılı olmayaraq, milyonlarla
insan hər şeyi onların xəbər və şərhləri çərçivəsində qiymətləndirir,
xüsusilə, insan-kainat-Allah mövzusunda qeydsiz-şərtsiz onların dediklərini
qəbul edir və arxasınca gedir.
Dostları ilə paylaş: |