Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki idarəetmə VƏ texnologiya kolleci


Kulturoloji  işarə,  rəmz  və  rəqəmlər  -



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə45/59
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#43233
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   59
kulturologiya--muhazire-toplusu

Kulturoloji  işarə,  rəmz  və  rəqəmlər  -  Qədim  insanların 

dünyagörüşünün  formalaşmasında  əsatir,  rəmz  və  işarələrin  tarixi  rolu 

hamıya məlumdur. Simvol - varlığı anlamağın daxili müşahidəyə əsaslanan 

arxaik forması olaraq, real həyatda predmet və qanunların ideallaşdınlmış 

uyğunluğunun  hissi  sistemini  əks  etdirir.  Simvollar  düşüncəyə  güclü  təsir 

göstərdiyinə  görə,  hələ  yazıdanqabaqkı  bədii  informasiya  dövründə, 

insanlann  davranış  normaları  və  təfəkkür  obrazlarını  özündə  təsbit  edirdi. 

Bütün  həndəsi  simvollar  özündə  dünyanın  mifoloji  modelini  və  mütəşəkkil 

f

əza  olan  kosmosu  təcəssüm  etdirirdi.  Reallığı  simvolik  dərk  etmə 



inc

əsənəti müdriklik əlaməti hesab edilirdi. Orta əsrlərdə bir çox Avropa və 

Asiya  m

ədəniyyətinə  daxil  olan  mifoloji  rəmzlərdən  ən  geniş  yayılmışı 

mifoloji  m

ənbə  Tarodur.  Taro-  kart  oyununun  fransızca  adıdır.  22  kart, 

arkan,  r

əmz  biliyin  və  varlığın  yeni  səviyyəsinə  keçidi  ifadə  etməklə, 

(Blavatskayanın  fikrincə)  keçmişin  möhtəşəm  sirlərinə  cavab  tapmağa 

imkan  verir.  Taronun  m

ənşəyini  Babilistanda,  Misirdə,  Hindistanda  və 

Çində axtarmışlar. Avropanın Taro ilə tanışlığını ərəblərə və ya qaraçılara 




36 

 

aid  edirl



ər.  Taro  insanın  həyat  təcrübəsinin  21  mərhələsi  (fazası)  daxil 

olmaqla, iki yolunu 

əhatə edir: şüurlu - “günəş” və təhtəlşüur (intuitiv)- “ay”. 

Dair


ə - kamillik, sonsuzluq və əbədilik rəmzi olaraq, səmanı ifadə edir; halə 

müqəddəsliyi  təsvir  etmək  üçün  istifadə  olunur.  Buddizmdə  dairə  -  həyat 

t

əkəri,  çərxi-fələk,  daimi  dəyişikliklərin  rəmzidir.  Orta  əsrlərdə  Avropada 



x

əritələrdə Yer kürəsi, Nuhunoğlanlarının sayına uyğun olaraq, üç materikə 

bölünür (Asiya -Sim, Avropa - İafət, Afrika- Xam ); 

Üçbucaq- bərəkət, nigah. 

• Ucu aşağı üçbucaq - ilahənin rəmzi, qadın başlanğıcı, su; 

•  Ucu  yuxan  üçbucaq  -  fallik  rəmz,  od,  kişi  başlanğıcı,üçcəhətlilik 

r

əmzi. 


Kvadrat- Yerin r

əmzi, sıxlıq, kamillik, varlığın dünyəvi və maddi aspekti 

sabitlik, t

əhlükəsizlik və etibarlılığı ifadə edir. 

Sehrli kvadrat- 

gizli idrakın aşkar edilməsi vasitəsi hesab edilir; kosmik 

nizam enerjisini ifad

ə edən rəqəmlərin daxili harmoniyasının və rəqəmlərlə 

yeddi planetin arxetipik 

əlaqəsinin nümayişi. Saturn, Yupiter, Mars, Günəş 

v

ə  Veneranın  kvadratları  təbiət  fenomenləri  ilə  uzlaşan  müəyyən  riyazi 



prinsipl

əri nümayiş etdirir. 

M

ərkəzində nöqtə olan kvadrat- mason təşkilatı. Yer, kainat, eləcə də 



kamil insan h

əyatının rəmzi. 

Xaç – varlığın bütün sahələrinə nüfuzu mümkün edən, əsas mərasim 

v

ə hadisələrin (Qüdsdə) baş verdiyi mərkəz ideyasını aktuallaşdırır. 



Xaçın  növləri.  Anx  -  “həyat  və  rifah”,  qədim  Misirdə  həyat  gücünün 

r

əmzi,  Ra,  Qora,  Osiris  və  s.  allahların  əlamətləri.  T-  şəklində  olan  ilahi 



müdrikliyin açarı, dairə - əbədilik rəmzi. 

Svastika  -  q

ədim  şərqdə  həyat  və  işıq,  xeyirli  taleh  və  rifah  rəmzidir 

(sanskritd

ə  “xoş”  +  “güzəran”).  Günəşlə  bağlı  ən  qədim  işarələrdən 

olmaqla,  “günəş  quşu”+  “fəsillərin  səcdəgahı”,  Günəşin  Yer  ətrafında 

h

ərəkət  göstəricisi  və  ilin  dörd  mövsümə  bölünməsi  kimi  izah  edilir,  eləcə 



d

ə  dünyanın  dörd  tərəfi  ideyasını  da  əxz  edir.  Bu  işarə  ikitərəfliliyi  ilə 

f

ərqlənir.  Günəş  istiqamətində  (soltərəjli  )  svastika  (  “addımlayan  günəş”, 



narıncı rənglə təsvir olunur) - uzunömürlülük, xoşbəxtlik, əbədi hərəkət və 

nikbinlik r

əmzidir. Aqni allahın hind-ari rəmzi ilə eyniləşdirilir (Aqni kahinləri 

doğan günəşə sitayiş edərək, onu sağ əlin qaldınlması ilə salamlayırdılar); 

“Buddanın  ürəyi”,  “xeyirxahlıq”  işarəsi.  Ay  (sağtərəfli)  svastika  (ağ  rənglə 

t

əsvir  edilir)  materiya  üzərində  hakimlik  və  enerjinin  idarə  edilməsi  işarəsi 



kimi m

ənimsənilir. Tibetin qara bon təriqətlərində güc və təcavüz rəmzidir. 

Hitler  Almaniyasında  qəbul  edilmiş  antisemit  işarəsi  hesab  edilir.  Svastika 

h

əm  Asiyada,  həm  də  xristianlığaqədərki  Avropada  geniş  yayılmışdır.Ona 




37 

 

Troya  qazıntılannda,  məişət  əşyalarında,  eləcə  də  Ellin  dəfinələrində  rast 



g

əlinmişdir.  Svastika,  həmçinin  ezoterik  buddizmin  rəmzidir.  Çində,  Lotos 

M

əktəbində sitayiş edilən bütün səcdəgahların işarəsi kimi istifadə edilirdi. 



İlkin  xristianlıqda.o,  qammalaşdırılmış  xaç  kimi  məlum  olmuş  və  Genona 

görə,  orta  əsrlərin  axırlarına  qədər  xristianlığın  əlamətlərindən  biri  kimi 

işlənmişdir.  Pentaqramma  -  Solomon  ulduzu,  qüdrət,  ağıl,  kamillik  və  sin- 

r

əmzidir.  Magiya,  qnostisizm,  okkultizm  və  kabbalada  istifadə  edilən  ən 



güclü işarə hesab olunur. Şüaların istiqamətindən asılı olaraq, xeyir və ya 

şəri  rəmzləşdirə  bilər.  Sirli  şüalar  saçan  insanın  moson  rəmzidir.  Düzgün 

beşbucaqlı  (pentaqon)  -  sağlamlıq,  cadugərlərdən  qorunma  rəmzi,  misir 

allahı  Totun,  İsa  Məsihin  beş  yarasının  rəmzidir.  Heksaqram  -  David 

ulduzu, Mikro v

ə makro kosmos, kişi və qadın başlanğıcları arasında ahəng 

v

ə kosmik vəhdət; xeyirxahlıq nümunəsi, israfçılıq və çatışmazlıq arasında 



ortaq, xeyirin şərə qarşı qoyulması; odla suyun birləşməsi, ruhun materiya 

üzərində qələbəsi, Adəm Kadmonun rəmzi. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin